Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
Müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin etmək;
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək;
Rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;
Müvafiq sahənin inkişafını təmin etmək;
Agentliyin Nizamnaməsi ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.