15-10-2019
Beynəlxalq Nəqliyyat Forumunun “Baki sessiyası” oktyabrın 15-də öz işinə yekun vurub. Sessiyanın ikinci günü forumun gündəliyində duran məsələlər, Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə cari icra vəziyyəti və növbəti illərdə beynəlxalq sərnişin və yükdaşımaları sahəsində prioritetlər müzakirə edilib. Forumda Avstriya, Belçika, Danimarka, Macarıstan, Polşa və Türkiyənin müsbət nəticə verən platforma layihələləri tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə Azərbaycanın Keyfiyyət Xartiyasına qoşulmasına dair həyata keçirdiyi tədbirlər məqsədəmüvafiq qiymətləndirilib. Yekun iclasda BTF-nin fəaliyyətinin gücləndirilməsində üzv dövlətlərin rolunun artırılması, il ərzində nəzərdə tutulan tədbirlər və qəbul edilən sənədlər barədə fikir mübadiləsi aparılıb.