05-06-2020
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında nəqliyyat məsələləri müzakirə olundu
Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib.
Videokonfransda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin Dövlət katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarıstanın İnnovasiyalar və Texnologiya Nazirliyinin Nəqliyyat Siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.