27-08-2019
Müntəzəm və qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə bağlı qaydalar
Şəhərlərarası və rayonlararası müntəzəm və qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobusların fəaliyyətinin tənzimlənməsini təşkil edərkən həmin daşıyıcı şirkətlərlə “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” (ANDT) MMC arasında müqavilə imzalanır və daşıyıcı şirkətə məxsus avtobus və mikroavtobuslar üçün hərəkət cədvəli müəyyənləşdirilir.
Bu hərəkət marşurutları “Avtovağzaldan Avtovağzala” prinsipi üzrə müntəzəm və qeyri-müntəzəm sərnişindaşımanı həyata keçirən daşıyıcı şirkətlərin icraatında olur.
Bununla belə, baş verə biləcək qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) öz növbəsində qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik sərnişin daşıma xidmətləri göstərən fiziki və hüquqi şəxslər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir.
Qeyri-müntəzəm sərnişindaşıma sahəsində narahatlıq doğuran bəzi mikroavtobusların birdən birə tam şəkildə reysdən çıxarılması sərnişinlərin haqlı iradına səbəb olacağını nəzərə alaraq, DANX tərəfindən aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik alternativ daşıyıcılarla danışıqlar davam edir.
Eyni zamanda şəhərlərarası sərnişin daşımalarda vahid dispetçer mərkəzinin yaradılması, habelə vahid elektron bilet satış sisteminin qurulması və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiya da diqqət mərkəzindədir.
Respublika üzrə müasir tələblərə cavab verən və MDB məkanında ən böyük Avtovağzal Kompleksi hesab edilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində də kompleks tədbirlər görülür. Onu da qeyd edək ki, Respublika ərazisindəki Avtovağzallar Nazirlər Kabinetinin 2009-cu il 05 Fevral tarixli 22 nömrəli