141

Parklanma xidməti
Parklanma xidməti
Parklanma xidməti
Parklanma xidməti
Parklanma xidməti

Parklanma xidməti

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyət istiqamətlərindən biri də Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərinin Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında idarə olunmasıdır. Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. 4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. 

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə AYNA tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ödənişsiz parklanma yerləri də təşkil edilir. Bu ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur.  Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün də parklanma yerləri nəzərdə tutulub.