Çox verilən suallar
AYNA.gov.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi portalıdır və nəqliyyat sektoru ilə bağlı müxtəlif xidmətləri, elanları və məlumatları təmin edir.
Portalda avtovağzal xidmətləri, marşrut cədvəlləri, sərnişindaşıma qaydaları, rəsmi sənədlər və qanunvericilik haqqında məlumatlar mövcuddur
Xeyr, AYNA.gov.az portalına giriş və məlumatlardan istifadə ödənişsizdir.
E-Xidmət Portalına AYNA.gov.az saytında "Elektron Xidmətlər" bölməsinə daxil olaraq qeydiyyatdan keçməklə daxil ola bilərsiniz.
Portalda sərnişindaşıma üçün icazələrin alınması, nəqliyyat vasitələrinin qeydiyyatı və fərqlənmə nişanlarının verilməsi kimi xidmətlər təklif olunur.
Portalın əlaqə bölməsinə daxil olaraq texniki dəstək komandası ilə əlaqə saxlaya bilərsiniz.
“Buraxılış vəsiqəsi” “Avtomobil nəqliyyatı
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslər və fərdi
sahibkarlara taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində fəaliyyət göstərmələri
üçün verilən icazədir.
“Buraxılış kartı” buraxılış vəsiqəsi olan
hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ
ilə malik olduğu nəqliyyat vasitələrinə verilən icazədir. Qeyd olunan hər iki
icazə 7 il müddətinə verilir.
“Fərqlənmə nişanı” isə sürücünün fəaliyyət
növünə uyğun olaraq, vergi öhdəliklərini yerinə yetirməsi ilə bağlı vergi ödənişidir
və fəaliyyət növü ilə məşğul olduğu ay üzrə alınması mütləqdir.
Buraxılış vəsiqəsinin və buraxılış kartını
hüquqi şəxslər və ya fərdi sahibkarlar AYNA-a sənədləri və məlumatları elektron
(https://e-xidmet.ayna.gov.az/ vasitəsilə) qaydada
təqdim etməlidir. Nəzərdə tutulan icazənin alınması təqdim olunacaq sənədlər
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində
ətraflı göstərilmişdir. İcazəyə müraciət edəcək hüquqi şəxs və ya fərdi
sahibkar portal üzərindən elekron kabinetə VÖEN-ə bağlı gücləndirilmiş elektron
imza (ASAN imza və s) ilə daxil ola bilər. Buraxılış vəsiqəsinin verilməsi üçün
dövlət rüsumu 125 manat, bir nəqliyyat vasitəsi üçün buraxılış
kartının dövlət rüsumu isə 25 manat olaraq müəyyən
edilmişdir.
Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir, mümkün olmadığı hallarda isə onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Buraxılış kartına müraciət etdikdə həm vəsiqə həm kart müraciəti eyni anda formalaşır . Video çarxda göstərilən məlumat vətəndaşlarda çaşqınlıq yaradır, onların rahatlığını təmin etmək məqsədi ilə proses asanlaşdırılıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən taksi minik avtomobilləri ilə buraxılış vəsiqəsi olmadan sərnişin
daşınmasının təşkilinə və buraxılış kartı olmadan sərnişin daşınmasına, həmçinin
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin
daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə cərimələr
tətbiq olunacaqdır:
324.1. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən
taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə –vəzifəli şəxslər
iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
324.6. Bu Məcəllənin 324.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə
–vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min
manat məbləğində cərimə edilir.
324.2. Buraxılış kartı olmadan taksi minik avtomobilləri
ilə sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə
edilir.
324.7. Bu Məcəllənin 324.2-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə – səksən manat məbləğində cərimə edilir.
324-2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə
daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün
buraxılış kartının verilməsinə görə –vəzifəli şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər min iki yüz manat (1200) məbləğində cərimə edilir.
324-2.2. Bu Məcəllənin 324-2.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki
min dörd yüz manat (2400) məbləğində cərimə edilir.
QEYD: Azərbaycan Respublikasının Prezidentinin 21.02.2024-cü il tarixli Sərəncamına əsasən.
- Amfetamin ( AMP)
- Kannabioid ( THC)
- Opioid ( OPİ)
- Metamfetamin ( MET )
- Tramadol HCİ ( TML)
- Morfin ( MOP )
Taksi buraxılış kartı və vəsiqə üçün müraciət edən şəxslər narkoloji
dispansera getmədən narkoloji preparatlardan istifadə etməsini müəyyən edən
testi "Azerbaycan Grand Servis " -də klinikalar tərəfindən təşkil
edilən səyyar labaratoriyalarda vermək olur.
Taksi sifarişi operatorunun fəaliyyətinə icazənin alınması üçün
hüquqi şəxs və ya fərdi sahibkar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə
aşağıdakı sənədləri və məlumatları elektron qaydada (https://e-xidmet.ayna.gov.az/) təqdim
etməlidir. İcazəyə müraciət edəcək hüquqi şəxs və ya fərdi sahibkar portal üzərindən
elekron kabinetə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (ASAN imza və s) ilə
daxil ola bilər.
Ərizəçi icazənin alınması üçün icazə verən orqana ərizə təqdim edir
(ərizəyə aşağıdakı sənədlər əlavə edilir);
1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin
filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın
surəti;
2. Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin
surəti;
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması
haqqında şəhadətnamənin surəti;
4. Müraciət edən şəxsin internet informasiya
ehtiyatı və taksi sifarişi operatorunun fəaliyyəti üçün istifadə etdiyi bütün
telekommunikasiya vasitələri, o cümlədən mobil tətbiqlər barədə məlumatları;
5. Taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan
Respublikasının ərazisində yerləşən filial və ya nümayəndəliyi barədə
malumatları;
6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənədi (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə
çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur). Qeyd olunan icazə üzrə dövlət
rüsumu üç min manatdır.
Həmçinin qeyd edirik ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin
verilməsi üçün yuxarıda qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb
edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi
müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
QEYD: Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların
informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun
5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət
etməlidirlər. Fərdi məlumatlar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinə elektron qaydada (https://mincom.gov.az)
təqdim olunur. Dövlət rüsumu min yüz manatdır. Qeyd olunan proses taksi
sifarişi operatoruna dair icazəyə müraciət etmədən əvvəl həyata keçirilməlidir.
Təlimlər;
Sürücülər sənədləri təqdim edərək xüsusi hazırlıq üzrə dərslərdə
iştirak üçün müraciət etdikdən sonra, təlim keçən müəssisələrin imkanlarına
uyğun olaraq növbəlik prinsipi əsasında formalaşdırılan qruplarda təlimlərə cəlb
olunurlar. Sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə
məlumat verilir. (Əsas- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı
il 16 may tarixli 18/Q nömrəli Qərarı).
21 yaşdan yuxarı fəaliyyətlə məşgul olunmasına və 2 il təcrübə icazəsi
olmalıdır.
DİM (dövlət imtahan mərkəzi) tərəfindən keçirilir
Əlaqə nömrəsi – 1653
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il
tarixli 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya
istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasını, sürücüləri isə reysqabağı tibbi müayinədən keçirməlidir. Hüquqi
şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı
qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət
göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə
müvafiq qaydada müqavilə imzalaya bilərlər. Qeyd olunan şərait eyni zamanda
daşıyıcı tərəfindən parklarda da yaradıla bilər. Əlavə olaraq qeyd edirik ki,
reysqabağı texniki müayinə ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə
bağlı texniki-təmir məntəqəsi ilə də müqavilə imzalana bilər.
Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı texniki müayinə və tibbi müayinə müqavilələridir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsinə əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə bilər. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir. Bununla bağlı hər hansı qərar qəbul edildiyi təqdirdə, qanunvericiliklə nəzərdə tutulmuş müddətlər gözlənilməklə ictimaiyyətə müvafiq məlumat veriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2025-ci iltarixli 242 nömrəli "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında" Qərarına əsasən, taksi xidmətləri üzrə qiymətlərin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, taksi xidmətləri sahəsində qiymətlər bazarda tələb və təklif əsasında formalaşır. Gediş haqqı tarifləri və göstərilən xidmətə görə tətbiq olunan qiymətlər taksi minik avtomobili ilə sərnişindaşıma fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müstəqil müəyyən edilir.
Avtobuslarla
sərnişin daşımaları üçün “Fərqlənmə nişanı”, taksi minik avtomobilləri ilə sərnişin daşımaları
üçün “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə
nişanı” növləri var.
“Fərqlənmə nişanı” əldə etmək üçün daşıyıcının VÖEN-i, buraxılış vəsiqəsi, onun əlavəsi olan buraxılış kartı, müntəzəm sərnişin daşımaları üçün isə daşıma müqaviləsi olmalıdır. Müraciətlər yalnız onlayn formada https://exidmet.ayna.gov.az portalı üzərindən aparılır.
“Fərqlənmə nişanı” əldə etmək üçün daşıyıcının VÖEN-i, buraxılış vəsiqəsi, onun əlavəsi olan buraxılış kartı, müntəzəm sərnişin daşımaları üçün isə daşıma müqaviləsi olmalıdır. Müraciətlər yalnız onlayn formada https://exidmet.ayna.gov.az portalı üzərindən aparılır.
“Fərqlənmə nişanı” https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən keçid etməklə yalnız onlayn müraciət əsasında elektron formada verilir.
https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən keçid etməklə elektron formada Fərqlənmə nişanını əldə edə bilərsiz.
|
Fəaliyyət ərazisi üzrə
sadələşdirilmiş vergi və sosial sığorta məbləğinə əmsal tətbiq edilir |
Sadələşdirilmiş vergi və
sosial sığorta yükü (manatla) |
||
|
Sadələşdirilmiş verginin məbləği |
Sosial sığorta
məbləği |
İcbari tibbi sığorta məbləği |
|
|
Taksi fəaliyyəti üzrə |
|||
|
Bakı
şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal |
18 |
48 |
16 |
|
Abşeron rayonunda, Sumqayıt və
Gəncə şəhərlərində - 1.5 əmsal |
13,5 |
36 |
16 |
|
Digər şəhər və rayonlarda – 1 əmsal |
9 |
24 |
16 |
|
Avtobusla
sərnişin daşıma fəaliyyəti üzrə (1 oturacaq yeri üçün) |
|||
|
Bakı
şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal |
3,6 |
48 |
16 |
|
Abşeron
rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1.5 əmsal |
2,7 |
36 |
16 |
|
Digər şəhər
və rayonlarda – 1 əmsal |
1,8 |
24 |
16 |
Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada "Fərqlənmə nişanı" almalıdırlar.
"Fərqlənmə nişanı" vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.
2 iş günü ərzində
“Fərqlənmə nişanı” növbəti ay üçün verilir və üzərində bitmə müddəti göstərilir.
Sistem ilə bağlı uzunmüddətli problemlər olmur.
Hal-hazırda bütün rüsumların ödənişi https://e-xidmet.ayna.gov.az portalı, ödəniş terminalları və banklar vasitəsilə elektron formada aparılır.
Vergi ödəyicilərinin mülkiyyətində olan avtobus, minik və yük avtomobilləri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə işçilərinin və özünə məxsus yüklərin daşınması üçün “Xüsusi fərqlənmə nişanı” alınır.
Vergi Məcəlləsinin 221.4.9- cu maddəsinə əsasən vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır.
"Xüsusi fərqlənmə nişanı" mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada verilir.
“Xüsusi fərqlənmə nişanı” bir dəfə verilir və müddətsizdir.
"Xüsusi fərqlənmə nişanı"nın alınması üçün hər hansı haqq ödənilmir.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə və Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qaydanın 2.1-ci bəndlərinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və 3.1-ci bəndlərinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə əmək və ya mülki hüquq müqaviləsi əsasında həyata keçirilir.
“Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə” görə İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələblərinə əsasən vəzifəli şəxslər (fiziki şəxslər) 150 (bir yüz əlli) manatdan 200 (iki yüz) manatadək məbləğdə, hüquqi şəxslər 2000 (iki min) manatdan 3000 (üç min) manatadək məbləğdə cərimə edilir.
Marşrut cədvəli "Marşrut Cədvəlləri" bölməsində mövcuddur və istənilən marşrut haqqında ətraflı məlumat verilir.
Buraxılış vəsiqəsi
və buraxılış kartı
Buraxılış vəsiqəsi
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində
fəaliyyət göstərməsi üçün verilən icazədir.
Buraxılış kartı
Həmin Qanuna əsasən hüquqi şəxslərin və ya fərdi sahibkarların mülkiyyət, icarə
və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən və
buraxılış vəsiqəsinə əlavə olan sənəddir.
Lazım olan sənədlər
- Fərdi sahibkar olduqda – şəxsiyyətini təsdiq
edən sənəd
- Hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət
reyestrindən çıxarış
- Vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə
- Mülkiyyət, icarə və ya istifadə hüququ əsasında
olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsi
Müraciət
qaydası
- https://e-xidmet.ayna.gov.az/ saytına daxil olun
- “E-daşıyıcılar” bölməsini seçin
- ASAN imza və ya SİMA Token vasitəsilə sistemə
daxil olun
- Profil əməliyyatları → Nəqliyyat vasitələrinin
reyestri bölməsini
seçin
- Texniki şəhadətnamənin tarixi və nömrəsini
daxil edin
- Nəqliyyat vasitəsinin növünü seçin
- İcarə və ya etibarnamə olduqda sənədləri skan
formada yükləyin
- Müraciəti imzalayıb göndərin
Verilmə müddəti
və dövlət rüsumu
- Buraxılış vəsiqəsinin müddəti: 7 il
- Dövlət rüsumu: tələb olunmur
Buraxılış vəsiqəsi
və buraxılış kartı olmadan fəaliyyətə görə cərimələr
Müvafiq icazə sənədləri
olmadan fəaliyyət göstərildikdə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunur.
İnzibati Xətalar
Məcəlləsinin müvafiq olaraq 324.3-cü
maddəsinə əsasən Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və
qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç
yüz manat, hüquqi şəxslər min iki yüz manat,
324.4-cü maddəsinə
əsasən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli
manat cərimə nəzərdə tutulmuşdur
Biletləri avtovağzallarda və ya online olaraq satın ala bilərsiniz, onlayn alış linki portalda təqdim olunur.
Portalda "Şəhərdaxili Marşrutlar" bölməsi mövcuddur və burada bütün şəhərdaxili marşrutlar haqqında məlumat verilmişdir.
Mövcud qanunvericilik aktları və standartlara uyğun olaraq sərnişin tələbatı, infrastruktur şəraiti, yol hərəkətinin təhlükəsizliyi, yolun həndəsi ölçüləri və aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla təşkil edilir.
Dayanacaq pavilyonları sərnişin tələbatı və mövcud infrastruktur şəraiti nəzərə alınmaqla üç növdə quraşdırılır: böyük, kiçik və tərs-tək tərəfli pavilyonlar.
Mövcud qanunvericilik aktları və
standartların tələblərinə əsasən, avtobus dayanacaq məntəqələrində bordürün
hündürlüyü 14–18 sm, səkinin eni isə minimum 3 metr olduqda və gün ərzində həmin
məntəqədə 20-dən çox sərnişinin minib-düşməsi qeydə alındıqda, böyük və ya
kiçik dayanacaq pavilyonunun quraşdırılmasına yol verilir.
Səkinin eni 2,2–3 metr arasında olan ərazilərdə
isə infrastruktur şəraiti və sərnişin tələbatı nəzərə alınmaqla tərs-tək tərəfli
dayanacaq pavilyonları quraşdırılır.
Vətəndaşların taksi xidmətindən istifadəyə olan tələbatı rəqəmsal əkiz proqramı vasitəsilə aparılan təhlillər əsasında müəyyən edilir. Müvafiq ərazidə taksi dayanacaqlarının təşkili yol hərəkətinin təhlükəsizliyi, nəqliyyatın maneəsiz hərəkəti və aidiyyəti rəylər nəzərə alınmaqla həyata keçirilir.
Rəqəmsal əkiz proqramı vasitəsilə aparılan təhlillər nəticəsində sərnişinlərin avtomobilə daha çox mindiyi və düşdüyü ərazilər müəyyən edilir. Həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi və aidiyyəti rəylər nəzərə alınmaqla 3.28” (durmaq qadağandır) yol nişanı təşkil edilir.
AYNA-nın rəsmi dəstək kanalları vasitəsilə (141 çağrı mərkəzi, 141@ayna.gov.az , www.ayna.gov.az) müraciət edə bilərsiniz.
Yeni marşrutun yaradılması sərnişin tələbatı, mövcud marşrut şəbəkəsi, yol infrastrukturu və iqtisadi səmərəlilik nəzərə alınmaqla həyata keçirilir.
Vətəndaş müraciətləri, aparılan monitorinqlər, yol infrastrukturunun vəziyyəti və əhalinin hərəkətliliyi təhlil edilir. Dəyişiklik zəruri hesab edildikdə qanunamüvafiq qaydada tətbiq olunur.
Dayanacaq məntəqələri təhlükəsizlik, sərnişin sıxlığı, yol infrastrukturu, piyada əlçatanlığı, yol hərəkətinin təşkili və Dövlət şəhərsalma norma və qaydalarına uyğunluğu nəzərə alınmaqla müəyyən edilir.
Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilir.
Müntəzəm marşrut xətlərinin istismarı hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir, həmçinin marşrutlar üzrə istismar edilən nəqliyyat vasitələri həmin şəxslərə məxsusdur. Bu ssəbəbdən AYNA-nın balansında qeyd edilən xidmətlərin göstərilməsi üçün nəqliyyat vasitələri mövcud deyildir.
Marşrut xəttinin uzunluğu, sərnişin axını, günün pik saatlarında yaranan sərnişin tələbatı, marşrutun keçdiyi küçə və yol şəbəkəsinin hərəkətin intensivliyi və digər zəruri texniki göstəricilər nəzərə alınır.
Şəhərdaxili müntəzəm marşrutlar üzrə küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı, yol-nəqliyyat hadisələrinin baş verməsi, tətbiq edilən məhdudiyyətlər, hava şəraiti və s. səbəblər intervala təsir göstərə bilər.
Bakı şəhərində müntəzəm marşrutlara aid avtobus parkı üzrə əksər nəqliyyat vasitələri pandusla təchiz edilmişdir. Bununla yanaşı müyəssərliyin artırılması istiqamətində işlər görülür.
Bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, ekoloji standartlar, sərnişin tutumu, əlçatanlıq, təhlükəsizlik və istismar səmərəliliyi və s. əsas götürülür.
Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və marşrut xətlərinin təşkil edilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 aprel 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarına əsasən müntəzəm marşrutlar müsabiqəyə çıxarılır.
Müvafiq qərara əsasən müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması fəaliyyətinin müvafiq növünü yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar, eyni zamanda Sifarişçi tərəfindən təqdim olunan müsabiqə şərtlərinə uyğun olaraq, şəxsi mülkiyyətində avtobus olan və ya müvəqqəti istifadəsi üçün avtobuslara malik şəxslərlə notarial qaydada icarə müqaviləsini bağlayan istənilən iddiaçı müsabiqələrdə iştirak edə bilər.
Müsabiqə təkliflərində nəzərdə tutulan avtobusların istehsalçı ölkəsindən aslılı olaraq daha yeni olan şəxs(lər)in qalib olmaq şansı artır.
·
Müəyyən olunmuş formada
yazılı ərizə; (Qərar
52 əlavə №2)
·
İştirakçı haqqında məlumat;
(Qərar 52 əlavə №4)
1. Fərdi sahibkar üçün şəxsiyyət vəsiqəsinin surəti,
hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış;
2. İddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq
edən sənədin surəti;
3 İddiaçının Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq arayış.
· İxtisas məlumatları (Qərar 52 əlavə №3)
1. Qeydiyyat şəhadətnamələri
2. Əsas avtobus
(şəxsi və ya icarə müqaviləsi)
3. Ehtiyat avtobus (şəxsi və ya icarə müqaviləsi)
4. Texniki xidmət və duracaq
müqaviləsi
5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması ilə bağlı texniki müqavilə
6. sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili
imkanı barədə tibb məntəqəsi ilə müqavilə
7. Sürücülərin sənədləri
-
Şəxsiyyət vəsiqəsi
-
Sürücülük vəsiqəsi
-
İxtisas artırma ilə bağlı şəhadətnamələri
-
Sürücülüyə yararlı olmaq barədə
tibbi arayış (83 nömrəli forma)
-
Sürücünün narkotik
sərxoşluq vəziyyətinin, narkotik
vasitələrin və psixotrop maddələrin
istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi
barədə məlumat;
- Sürücülərin sürmək etibarnaməsi
10. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
11. avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyəti üzrə müvafiq icbari sığortası
12. avtonəqliyyat
vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən
müvafiq icbari sığortası.
Sənədlərin qəbulu mediada elan verildikdən 30 gün ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5) təqdim edilməlidir.
“Buraxılış
vəsiqəsi”: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən hüquqi şəxslərin və ya fərdi sahibkarların
sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir.
“Buraxılış
kartı”: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən hüquqi şəxslər və ya fərdi sahibkarların
mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə
verilən icazənin əlavəsidir.
1. fərdi sahibkar olduqda, şəxsiyyəti təsdiq edən sənəd,
hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
2. vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə;
3. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri;
4. avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədlər və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələr;
5. ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər;
6. sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;
7. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
8. hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığorta.
“Azerbaijan Ground Services” MMC-yə müraciət edərək reysqabağı texniki müayinə ilə bağlı müqaviləni əldə etmək mümkündür. (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3, Tel: (012) 406 01 57)
Reysqabağı tibbi müayinələrin alınması yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) akkreditasiyadan keçmiş tibb müəssisələrində mümkündür.
• HN medical group - "REFERANS MEDİCAL GROUP" MMC (Elvin Məmmədov: +99 470 368 00 33)
• “DİAQNOZ TİBB MƏRKƏZİ" MMC (Sədaqət İsmayılova: +99 499 314 61 79)
• “MEDCO HOSPITAL GROUP” (Alida Süleymanova: +99 450 337 42 92)
Müraciət bir
neçə bölmədən Profil əməliyyatları, Buraxılış vəsiqəsi və kartı müraciətləri,
sürücü məlumatlarının və digər sənədlərin yerləşdirilməsindən ibarətdir. Daha ətraflı https://e-xidmet.ayna.gov.az/ linki
vasitəsilə “E-daşıyıcılar” bölməsinə daxil olaraq sistemə ASAN imza və
ya SİMA Token vasitəsilə giriş etməli “Fəaliyyət növü” olaraq “Ölkədaxili yük və
qeyri-müntəzəm sərnişin daşımaları” seçdikdən sonra “Təlimatlar” bölümündən ətraflı
təlimat ilə tanış ola bilərsiniz.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara verilən icazənin müddəti 7 (yeddi) ildir və heç bir rüsum tələb olunmur.
Bəli. Daşıyıcı sonradan fəaliyyətinə yeni nəqliyyat vasitəsi cəlb etdikdə, həmin nəqliyyat vasitəsi üçün ayrıca buraxılış kartı almaq üçün elektron qaydada müraciət edə bilər.
Tələb olunan sənədlər tam təqdim edildiyi halda müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada 15 gün müddətdə baxılır.
Portalda "Bizimlə Əlaqə" bölməsində şikayət forması mövcuddur və buradan şikayətlərinizi göndərə bilərsiniz.
Təkliflərinizi həm e-poçt vasitəsilə, həm də portalın "Təkliflər" bölməsindən birbaşa bildirə bilərsiniz.
Şikayətlərə adətən 15 iş günü ərzində cavab verilir. Təklif və şikayətlər zamanı növbəli xidmət təmin edilir.
Fərdi minik avtomobilləri ilə səfər etmək üçün www.yolumuzqarabaga.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şəxsiyyət vəsiqəsi
(xarici ölkə vətəndaşları üçün isə pasport) və fərdi minik avtomobilinin dövlət
qeydiyyat şəhadətnaməsi.
Azərbaycan Respublikasının vətəndaşları işğaldan azad olunmuş Ağdam rayonu, Ağdərə rayonu, Cəbrayıl rayonu, Füzuli rayonu, Laçın şəhəri, Şuşa şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri, Xocavənd rayonu və Zəngilan rayonuna səfər etmək mümkündür.
2025-ci il 10 iyul tarixindən etibarən xarici ölkə vətəndaşları işğaldan azad edilmiş ərazilərə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə bilirlər. Qeyd edilən icazə Azərbaycan Respublikasının sərhədləri daxilində olan, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunur.
Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.
Fərdi minik avtomobilləri ilə. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü daxil olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər.
Səyahət edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
“Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən otel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
“Yol
Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsi və
“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2023-cü
il tarixli Qərarına uyğun olaraq parklanmanı təşkili həyata keçirilir. Bu Qərara
əsasən Bakı şəhərinin ərazisi 5 parklanma zonasına bölünmüşdür ki
bunlardan Mərkəz, I, II və III zonalar ödənişli, IV zona ödənişsiz parklanma
zonası kimi müəyyən olunmuşdur.
Mərkəz
– 1 manat (ƏDV daxil)
1
Zona – 0.70 manat (ƏDV daxil)
2 Zona – 0.40 manat (ƏDV daxil)
3 Zona – 0.30 manat (ƏDV daxil)
4 Zona –Digər zonaların sərhədləri ilə əhatə
olunmayan əraziləri əhatə edir (ödənişsizdir)
- E-qanun.az portalında həmin Qərarla və Qərarda göstərilmiş parklanma zonaları ilə tanış olmaq mümkündür.
5.15 – Duracaq yeri
7.8 – Ödənişli xidmət
7.17 – Əlillər yeri
7.6.1- 7.6.4-7.6.5 parklanma istiqaməti
Azparking məlumat tablosu
İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci
maddəsində parklanma qaydalarının Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən
nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi
proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə
cərimələr nəzərdə tutulmuşdur - 20 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci
maddəsində Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən
edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat
vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün
olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda - 20
Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü
maddəsində Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən Əlillərin nəqliyyat
vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər N/V parklanmasına
görə - 60 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü
maddəsində parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox
olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin
rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst
parklanmasına maneələr yaradılmasına görə - 20 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.6-cü
maddəsində enerji doldurulması üçün müəyyən
edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat
vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə
- 20 Manat
Əlillər üçün ayrılmış məntəqələr göy rəng
ilə işarələnir.
Azparking ərazilərində parking nişanının (Duracaq yeri 5.15) əlavə bölmə olaraq əlil nişanları (7.17 Əlillər) quraşdırılır və bu yerlər yalnız əlillər üçün nəzərdə tutulub və ödənişlidir. Əlil avtomobili həmin məntəqədə park edən zaman mütləq şəkildə avtomobilinin ön və orxa süşəsində aydın görünən hissəsində 7.17 nişanının tələbinə uygun olaraq əlilliyi bildirən tanınma nişanı olmalıdır. Buda onu bildirir ki əlil şəxlər qeyd olunan parklanma yerlərindən istifadə edən zaman saxladığı avtomobillə görə vaxt başlatmalı və tərk edən zaman ödəniş etməlidir.
“Parklanma yerlərində nəqliyyat vasitələrinin 15
dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi
15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Yəni müddət 15
dəqiqəni keçdikdə ödəniş müddəti 15 dəqiqə nəzərə alınmaqla hesablanır.
- Nəqliyyat vasitələrinin parklanması üçün
yalnız 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin
bazar günləri ödəniş tələb olunmur. Bununla yanaşı, yaşayış ünvanının 100
metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız
talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər.
Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə
nəzərdə tutulmamışdır.
- Yol Hərəkəti Haqqında Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq yalnız operativ nəqliyyat vasitələri,
habelə müəyyən olunmuş ərazi üzrə fərdi parklanma talonuna malik şəxslərin həmin
talonda qeyd olunmuş məntəqələrdən ödənişsiz istifadə etmək hüququ
vardır.
- Parklanmaya görə ödənişlər yalnız nağdsız
(nağd pul verilməsi qanunsuzdur) qaydada həyata keçirilir.
- İş yerlərinin (mərkəzi seçki komitələri,
yerli icra hakimiyyəti orqanları, dövlət təşkilatları və müəssələri, habelə
şirkətlər) qarşısında həmin iş yerlərinin əməkdaşlarına imtiyazların tətbiq
edilməsi ilə bağlı güzəşt (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25
iyun 2023-cü il tarixli Qərarına uyğun tənzimlənir və həmin qərarda bu barədə məlumat
əks olunmayıb) nəzərdə tutulmamışdır.
İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci
maddəsində parklanma qaydalarının Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən
nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi
proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə
cərimələr nəzərdə tutulmuşdur - 20 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci
maddəsində Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən
edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat
vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün
olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda - 20
Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü
maddəsində Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən Əlillərin nəqliyyat
vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər N/V parklanmasına
görə - 60 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü
maddəsində parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox
olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin
rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst
parklanmasına maneələr yaradılmasına görə - 20 Manat
-İnzibati Xətalar Məcəlləsinin 346-1.6-cü
maddəsində enerji doldurulması üçün müəyyən
edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat
vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə
- 20 Manat
Sms - vasitəsi
ilə avtomobilin DQN məntəqədinin kodunu 77MQ970-20435 qeyd edərək 1181 sms göndərir
və təstiq olaraq vətəndaşa “77MQ970 nomreli avtomobil 20435 nomreli
menteqede park edildi. Park yerini terk ederken parklanmani bitirmek uchun
parklanmani bashlatdiginiz mobil nomreden SON yazib 1181-e sms gondermeyi
unutmayin. Mobil tetbiqi yuklemek uchun https://app.azparking.az linkini
izleyin” məlumat qeyd olunur. Bu artıq avtomobilin park olunduğu deməkdir.
Hər saatın tamamında növbəti saata keçdiyi
ilə bağlı məlumat gəlir: “20435 menteqesinde 77MQ970 nomreli neqliyyat
vasitesinin parklanma muddeti novbeti saata kechir. Mobil tetbiqi yukle:
https://app.azparking.az”
Ərazini tərk edən zaman SON yazaraq 1181
sms göndərir: “Sorgunuz qeyde alindi ve 20435 nomreli menteqede park
muddeti sonlandirildi. Zehmet olmasa, SMS tesdiqi gozleyin. Mobil tetbiqi
yukleyerek daha rahat park edin! https://app.azparking.az” məlumatı gəlir.
Daha sonra parklanma müddətinə görə mobil
balansından (kontur) məbləğ çıxılır: “77MQ970 nomreli avtomobil
2024-09-26 13:06 tarixde 20435 nomreli menteqede parklanmasina gore
balansinizdan 1.6 AZN vesait chixildi. Mobil tetbiq ile daha rahat odenish
edin: https://app.azparking.az” məlumatı
gəlir.
Sistemdə sorğu yarananda və ya vətəndaşın
balansı olmadığı halda vətəndaşa: “Balansinizda kifayet qeder vesait
yoxdur. Odenilmeli mebleg: 0.4 AZN. Parklanma odenishi etmek uchun balansi
artirdiqdan sonra ODE yazib 1181 nomresine SMS gonderin. Balansinizda vesait
oldugu zaman odenish meblegi avtomatik chixilacaq. Mobil tetbiq ile rahat
odenish edin: https://app.azparking.az” sms
məlumatı gəlir və vətəndaş mobil balansını artıraraq ODE yazaraq təkrar 1181
sms göndərərək məbləği ödəyir. Mobil nomrəsində konfiqurasiya problemi ilə
bağlı sms gəldiyi zaman vətəndaş həmin nömrə ilə tədbig yükləyərək qeydiyyatdan
keçməli və ya milliön vasitəsi ilə virtual balansını artırıb ODE yazıb göndərəərk
məbləğı ödəyə bilər.
Qeyd olunan məlumatları içra etmədiyi zaman
vətəndaşa təkrar “Hormetli surucu, parklanma xidmetinden istifadeye
gore 0.4 AZN mebleginde borcunuz yaranmishdir. Odenish etmeyinizi xahish
edirik. Odenis etmeden parking yerini terk etdiyiniz uchun IXM 346-1.1 maddesi
ile cerime edileceksiniz. Mobil tetbiqi yukle: https://app.azparking.az” sms
xəbərdarlığı gəlir və ödəmədiyi zaman müvafiq maddə ilə cərimə tərtib edilir.
Hər bir SMS sorğusuna görə mobil
operator (Bakcell və Nar) tərəfindən xidmət haqqı üçün 0.10 azn çıxılır.
Azercell-dən ödənişsizdir.
Nəqliyyat vasitələrini parklanmasını
“Azparking” mobil tətbiqi və ya 1181 mobil nömrəsi vasitəsi ilə həyata keçirmək
olar. Parklanma məntəqələrindəki hər bir parklanma nişanlarının altında məlumat
lövhələrində parklanma qaydaları ilə bağlı ətraflı məlumatlar əks olunur.
Vətəndaş parklanma məntəqəsində
avtomobilini park etdikdən sonra dərhal parklanma müddəti başlatmalıdır və tərk
edən zaman parklanma vətəndaş tərəfindən sonlandırılmalıdır. Vətəndaş vaxt
aktiv edib və sonlandırmanı unudursa sistem üzərindən 24 saat tamamında vaxt
avtomatik dayandırılır və vətəndaşın balansından həmin saatların pulu çıxılır
(22:00-07:00 əlavə).
Tədbiqi yüklədikdən sonra istifadəçi mobil
nömrə ilə qeydiyyatdan keçir. Profil mobil nömrə üzərindən yaranır və mobil
nömrəyə bağlı olur, istifadəçi yaradılan profilindən çıxış etmək istədiyi zaman
Profil bölməsinə daxil olur daha sonra Çıxış bəndinə tıklayaraq profildən çıxış
edə bilir. Əlavə olaraq tədbiqdən Profil bölməsi, Tənzimləmələr bölməsi, da
sonra Hesabı sil düyməsini tıklayan zaman hesab tam olaraq silinir və bütün məlumatlar
avtomobillər, Kartlar, Virtual balans sıfırlanır.
Tədbiqə daxil olandan sonra istifadəçi Profil bölməsi daha sonra avtomobillərim bölməsinə daxil olaraq idarə etdiyi avtomobili əlavə edir. Bu zaman NV – dövlət qeydiyyat nişanı və NV- qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi qeyd olunmalıdır. Bir avtomobil bir neçə şəxs tərfindən profilə əlavə oluna bilər bununda bağlı məhdudiyyət yoxdur, eləcədə bir profil üzərindən vətəndaş bir necə avtomobilini əlavə edə bilər. Avtomobili silmək istədiyi zaman avtomobilin DQN üzərinə tıklayaraq Sil düyməsi ilə təstiqləyə bilər.
İstifadəçi tətbiqə daxil olduqdan sonra
Profil bölməsi daha sonra Borclarım bölməsinə daxil olaraq ödənilməmiş
parklanma borclarını görə bilər.
İstifadəçi tətbiqə daxil olduqdan sonra Profil bölməsi daha sonra Ödəniş tarixçəsi bölməsinə daxil olduqdan sonra
1 Gün, 7 Gün, 30 Gün ərzində istifadə etdiyi parklanmalar ilə tanış ola bilər.
İstifadəçi tətbiqə daxil olduqdan sonra
Profil bölməsi daha sonra Dəstək və qaydalar bölməsinə daxil olaraq
Azparking ilə bağlı Zəng, Mail, Facebook, İnstagram, Qaydalar, Məxfilik bölmələi
ilə tanış ola bilər
Kart – vətəndaş azparking tədbiginə,sonra “Profil” bölməsinə daxil olur daha sonra kartlarım bölməsinə daxil olaraq kart əlavə edə bilər. Əlavə etdiyi kartı tədbiqdən silinməsi üçün kartlarım bölməsində daxil olaraq həmin kartın üzərinə tıklayaraq sol istiqamətə sürüştürərək silə bilər.
Balans – Profil bölməsi, daha sonra – Balansım – Balans artımı bölməsini seçərək Visa\Mastercard vasititəsi ilə balansı artıra bilir. Əlavə olaraq virtual balansı istifadəçi Milliön, Emanat və Mpay aparatına yaxınlaşıb və ya onlayn vasitə ilə (Misal MilliÖn,E-manat saytına) “Parking” – “Azparking” bölmələrinə daxil olaraq tədbiqdə olan nömrəsini əlavə edərək artıra bilər.
Tədbiqdə Vaxt bölməsinə daxil olaraq Davam
edən bölməsində aktiv parklanmaya baxmaq mümkündür eləcədə Tarixçə bölməsinə
daxil olaraq ödəniş gözləyən və artıq bitən parklanmalara baxmaq mümkündür.
Tədbiqdə Xəritə bölməsinə daxil olaraq
parklanmaların sayı və paklanma məntəqələrinin kodu ilə bağlı məlumat almaq
mümkündür. Parklanma yerlərinin statusu P nişanı Yaşıl olduqda 80% qədər
dolmuş yerlər, Narıncı 80-99% dolmuş yerlər, Qırmızı olduqda
tam dolmuş yerlər, Göy əlilliyi olan şəxslər üçün nəzərdə tutulan yerlər
olduğunu bildirir.
Tədbiqədə Digər bölməsinə daxil olaraq istifadəçi şəhər ərazisində hansı parklanma məntəqələrində Azparking vasitəsi ilə ödəniş edə biləcək yerlər ilə tanış ola bilər.
Tədbiqə daxil olduqdan sonra “Parkinq” böləsinə daxil olur , Məntəqələr bölməsinə, daha sonra saxladığı məntəqəni, (misal P10836), saxlayacağı avtomobil nömrəsini seçib (misal 77MM777) təstiq düyməsini tıklayaraq vaxtı aktiv edir bu zaman vətəndaşa öncədən ödəniş və ya sonradan ödəniş seçimi verilir. Öncədən ödəniş seçdiyi zaman qeyd olunan müddət üzrə məbləğ tam tutulur (məs. 2 saat vaxt açıb yalnız 1 saat saxlayıb balansından 2 saatın pulu çıxılacaq), sonradan ödəniş seçdiyi zaman müddət vətəndaş tərəfindən tənzimlənir və dayandığı müddətə görə məbləğ çıxılacaq.(məs vətəndaş 45 dəq. dayanıbsa 1 saat məbləği çıxılacaq) Vətəndaş məntəqəni tərk edən zaman “Dayandır və ödə” düyməsini tıklayaraq vaxtı dayandırır və məbləğ istifadəçinin seçdiyi üsula görə avtomatik kartdan və ya virtual balansdan çıxılır. Əlavə olaraq yuxarı alt bölmədə “Ən son” bölməsində son istifadə olunan məntəqələri, Favoritlər bölməsində seçilmiş məntəqələr ilə tanış olmaq olar.
İstifadəçi sorğu göndərən zaman parklanması aktivləşmir -“Hormetli surucu! Sizin odenilmemish parklanma emeliyyatiniz olduguna gore SMS ile sifarish etmek mumkun deyildir. Zehmet olmasa mobil elaveni yukleyerek odenish etmeyinizi xahish edirik. Mobil tetbiqi yukle: https://app.azparking.az” – sms məlumatı daxil olur, bu zaman istifadəçi ODE yazaraq 1181 göndərir və parklanma borcunu ödədikdən sonra yeni parklanmaya görə müraciət edə bilir.
İstifadəçi park edən zaman 77MM777-30025 əvəzinə
77-MM-777-30025 və ya 77MM777_30025 və s. Göndərdiyi zaman “Gonderilen
sorgu yanlishdir. Xahish edirik, yeniden gonderin. Numune: avtomobil nomresi -
menteqe nomresi 00XX000-00000 . Mobil tetbiqi yuklemek uchun
https://app.azparking.az linkini izleyin” göndərilir, bu zaman istifadəçi məlumatı
düzgün qaydada göndərdikdən sonra yeni parklanmaya görə müraciət edə bilir.
İstifadəçinin mobil nömrəsi abunə olduğu zaman Konfiqurasiya problemi olduğu ilə bağlı geri mesaj gəlir, bu halda digər nömrəsədn müraciət edə və ya mobil tədbiqi yükləyərək park edə bilər
İstifadəçinin mobil nömrəsində parklanmanı
aktiv etmə üçün balansı (kontur) olmadığı halda onun nömrəsindən sms təsdiq
olunduğu ilə bağl məlumat qeyd olunmur. Bu halda yalnız balansını artıraraq təkrar
müraciət edə və ya mobil tədbiqi yükləyərək müraciət etdiyi nömrə ilə
qeydiyyatdan keçərək sonlandıra bilər.
1181 nömrəsi vasitəsi ilə SON yazıb
göndərilməsinə baxmayaraq parklanmanın sonlanmadığı zaman, istifadəçiyə bir
telefonda iki fərqli nömrə olsun və istifadəçi 1 nömrə ilə vaxt açıb digər nömrə
ilə sonlandırma edir və nəticədə parklanma vaxtı dayandırıla bilmir. (məsələn
Bakcell nömrə ilə parklanma aktiv edib, Azercell nömrə ilə sonlanma edir)
Qeydiyyatdan keçmək üçün Profil bölməsindən fərdi
parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi
parklanma talonu üçün müraciət edilir.
İstifadəçi Azparking tədbiqinə
daxil olur daha sonra Profil - Fərdi parklanma talonu – Müraciət
etmək – vətəndaşlıq
Azərbaycan vətəndaşı 3 qayda ilə:
1.Fiziki şəxs olduqda yalnız Ş/V FİN kodunu
əlavə etməklə qeydiyyatdan keçə bilir
2.Hüquqi şəxs olduqda Ş/V fin kodu və
əlavə olaraq Ş/V seriya və nömrəsi əlavə edilir sonraki mərhələdə - mövcüd olan
sənədləri əlavə edir.
3.Lizing olduqda isə Ş/V fin kodu və əlavə
olaraq Ş/V seriya və nömrəsi əlavə edilir sonraki mərhələdə - mövcüd olan sənədləri
əlavə edir müraciət edir.
“Fərdi parklanma talonlarının forması,
habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarına
uyğun olaraq fərdi parklanma talonuna müraciət üçün digər sənədlərlə yanaşı nəqliyyat
vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında
istifadə edildikdə, həmin sənədlərin surəti tələb olunur. Yol vərəqəsi isə
etibarnamə hesab olunmur. Hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsinə dair Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 362.5-ci maddəsinə uyğun olaraq etibarnamə
verildikdə fərdi parklanma talonu üçün müraciət etmək mümkündür.
Xarici vətəndaş olduqda isə Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini
təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə
edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti
Məlumat: Fərdi parklanma talonu üçün
müraciətlər “AzParkinq” mobil tətbiqi üzərindən həyata keçirildiyindən və həmin
elektron sistem digər aidiyyəti sistemlərlə inteqrasiya olunduğundan müvafiq məlumatlar
daxil edildikdən sonra qeyd olunan sənədlər üzrə məlumatlar aidiyyəti
informasiya sistemindən avtomatik olaraq götürülür.
İstifadəçi fərdi parklanma talonu üzrə
müraciət ünvanladığı gündən etibarən müraciətə 15 iş günü ərzində
baxılır və istifadəçi müraciət etdiyi profil üzərindən məlumat verilir. Müraciət
əsasında yerlər ayrıldığı zaman istifadəçi fərdi parklanma talonu bölməsinə
daxil olaraq orda ayrılan parklanma məntəqələrini görür və yalnız qeyd olunan məntəqələrdə
ödənişsiz park etmə hüququna malikdir. Avtomobili həmin parklanma məntəqələrində
saxladığı zaman ödənişsiz olmasına baxmayaraq vaxt müddəti
başladılmalıdır. Avtomobil etibarnamə ilə idarə olunursa həmin etibarnamənin
müddəti bitənə kimi verilir. Fərdi parklanma talonu təşkil edilmiş parklanma
yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə
yerləşən ev və ya binalarda yaşayan sakinlər (həmin evdə və ya binalarda yerləşən
mənzillərdə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olan şəxslər nəzərdə tutulur)
müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz
istifadə edə bilərlər.
Fərdi parklanma talonu ilə bağlı müraciət
daxil olan zaman operator tərəfindən https://admin.azparking.az/ daxil
olaraq Loglar -Fərdi parklanma talonu - bölməsinə daxil
olub N\V DQN yazaraq yoxlayaraq vətəndaşa məlumat verilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarının 2.17-ci bəndinə uyğun olaraq bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir.
Parklanma məntəqəsi təşkil edilərkən əsasən, yol hərəkətinin təhlükəsizliyi, yolun buraxıcılıq qabiliyyəti, piyadaların rahatlığı və yol infrastrukturunun xüsusiyyətləri, eləcə də mövcud qanunvericilik nəzərə alınır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X bəndinə əsasən, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır.
Xeyr, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXIII bəndinə əsasən, Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır.
Tətbiqi App Store və Google Play üzərindən "AzParking" adı ilə yükləmək mümkündür.
AzParking mobil tətbiqi ilə;
SMS vasitəsilə (dəstəklənən nömrələr üçün);
Ödənişi tətbiqdə əlavə edilmiş bank kartı və ya dəstəklənən digər ödəniş üsulları, tətbiqdə elektron balans və mobil nömrə balansı vasitəsilə həyata keçirmək olar.
Bəli, öncədən ödəniş üsulu seçilən zaman aktiv parklanma bitməmiş tətbiqdə müddəti uzatmaq olar.
Tariflər tətbiqdə parklanma zonasını seçdikdə göstərilir. Həmçinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 213 nömrəli Qərarı ilə tanış ola bilərsiniz.
Profil → Nəqliyyat vasitələri bölməsinə daxil olaraq dövlət qeydiyyat nişanını əlavə etmək lazımdır.
Bəli. Bir istifadəçi hesabına bir neçə avtomobil əlavə edilə bilər.
Telefonun bildiriş icazələrinin açıq olduğuna, internet bağlantısına və ya tətbiqin ən son versiyasından istifadə etdiyinizə əmin olun.
Bank kartının aktiv olduğunu, kifayət qədər vəsait olduğunu yoxlayın. Problem davam edərsə, bankınız və ya AzParking dəstəyi ilə əlaqə saxlayın.
Xeyr. İnzibati cərimələr qanunvericiliklə müəyyən edilmiş rəsmi ödəniş sistemləri vasitəsilə ödənilir.
AzParking mobil tətbiqində Profil → Fərdi parklanma talonu bölməsindən elektron müraciət etmək mümkündür.
AzParking mobil tətbiqindəki “Dəstək ” bölməsindən və ya AYNA-nın rəsmi dəstək kanalları vasitəsilə müraciət edə bilərsiniz.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin VII hissəsinə əsasən, fərdi parklanma talonları yalnız parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə uyğun olaraq verilir.
Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyunca 100 metr məsafədə yerləşən ev və ya binada qeydiyyatda olan sakinlər.
Azərbaycan
vətəndaşları, hüquqi şəxslər, məcburi köçkünlər və müəyyən şərtlərlə xarici vətəndaşlar.
AzParking mobil tətbiqində:
Profil
→ Fərdi parklanma talonu → Müraciət et bölməsinə daxil olaraq tələb olunan məlumatları
doldurmaq lazımdır.
Müraciət növündən asılı olaraq:
Şəxsiyyət
vəsiqəsi (FİN kodu),
Lazım
gəldikdə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,
Avtomobili
idarə etmək hüququna dair müvafiq sənədlər.
Bəli. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalı və parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməlidir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin VII hissəsinə əsasən bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər.
Bəli. Nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə təqdim edildikdə müraciət etmək mümkündür və talon etibarnamənin qüvvədə olduğu müddətə verilir.
Statusu AzParking tətbiqində Profil → Fərdi parklanma talonu bölməsindən izləmək mümkündür.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53 maddəsinin XV Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir.
Qeyd edilənləri nəzərə alaraq, əgər parklanma
15 dəqiqəni keçərsə, ödəniş tam parklanma müddəti üçün, yəni ilk 15 dəqiqə də
daxil olmaqla hesablanır.
AYNA-nın fəaliyyəti Azərbaycan Respublikasının "Avtomobil Nəqliyyatı haqqında" qanunla tənzimlənir.
Sərnişin və yük daşımaları üçün icazələr və müvafiq qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
AYNA-nın hüquqi şöbəsi ilə əlaqə saxlayaraq qanunvericiliklə bağlı suallarınıza cavab ala bilərsiniz.
İlkin olaraq Biletim.az veb saytı və ya mobil tətbiqi
üzərindən qeydiyyatdan keçilməli daha sonra istiqamət və gediş tarixini
seçərək, şəxsiyyət vəsiqəsində olan FIN və seriyanı daxil etdikdən sonra bilet
əldə edə bilərsiniz.
Ödəniş plastik kart və ya, Google Pay/Apple Pay ilə mümkündür.
Sərnişin bileti 30 gün əvvəlcədən əldə edə bilər.
Bir əməliyyatla maksimum 5 bilet əldə etmək mümkündür.
Ödəniş edildikdən sonra sistem tərəfindən istifadəçiyə “Biletlərim” xanasında QR-kod əsaslı bilet təqdim edilir.
Qeyd: Elektron bilet PDF formatında e-poçt ünvanına göndərilir,
çap etmək məcburi deyil.
Sərnişin reysin yola düşməsinə ən azı 30 dəqiqə qalmışdan az olmamaqla avtovağzalda (avtostansiyada) olmalı və yoxlanış zamanı avtobusda yerində əyləşməlidir.
Sərnişinlə səfər edən 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. Uşaq bileti 50% endirimli olmaqla müəyyən edilmişdir.
Sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə uşaq gediş bileti alınmalıdır.
Cari alınan bilet “Biletlərim” xanasında saxlanılır və elektron bilet PDF formatında e-poçt ünvanına göndərilir.
Qeydiyyat zamanı ad, soyad, əlaqə telefonu, elektron poçt ünvanı, şifrə və cins məlumatları daxil edilir.
Çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.
Ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün daşınması üçün daşıma haqqı ödənilmir.
Bank və beynəlxalq ödəmə sistemi qaydalarına əsasən vəsaitlər 3-4 iş günü ərzində sərnişinin ödəniş zamanı istifadə etdiyi bank hesabına geri qaytarılır. Gecikmə halları olarsa banka müraciət edərək əlavə məlumat əldə edə bilərsiniz.
Əgər
bilet Biletim.az veb saytından və ya mobil tətbiqdən əldə edilibsə, “Biletlərim”
xanasına daxil olaraq biletin aşağı hissəsində "Qaytar" xanasını
klikləyərək qaytarım edə bilər.
Qeyd: Onlayn
bilet qaytarılması zamanı sərnişinin vağzalın kassasına yaxınlaşmasına ehtiyac
yoxdur.
Müntəzəm marşrutlarda avtobusun yola düşməsi hərəkət cədvəli ilə nəzərdə tutulmuş vaxtdan 1 saatdan artıq müddətə gecikdikdə və ya sərnişinə biletdə nəzərdə tutulduğundan aşağı dərəcəli yer verildikdə, o cümlədən biletdə nəzərdə tutulmuş yer sərnişinə verilmədikdə ödənilmiş vəsait tam olaraq geri alına bilər.
Gedişin dayandırıldığı məntəqədən təyinat məntəqəsinə qədər olan gedişin dəyəri reysin ləğv edildiyi andan 3-4 iş günü ərzində sərnişinə qaytarılır. Bu hallarda sərnişin onun tələb ilə yaxınlıqda olan avtovağzala (avtostansiyaya), dəmir yolu stansiyasına və ya hava limanına daşıyıcı tərəfindən çatdırılmalıdır. Avtobus marşrutun başlanğıc məntəqəsinə qaytarıldıqda sərnişinə gediş haqqı və baqajın (əl yükünün) daşınması haqqı 3-4 iş günü ərzində qaytarılır.
Sərnişin öz təqsiri səbəbindən getdiyi avtobusdan geri qaldıqda, gediş haqqı geri qaytarılmır.
Biletim.az portalı üzərindən bilet alınan zaman işğaldan azad edilmiş ərazilərə xüsusi buraxılış icazələri sistem üzərindən avtomatlaşdırılmış qaydada vətəndaşa təqdim edilir.
İşğaldan azad edilmiş ərazilərə təqdim edilmiş xüsusi buraxılış icazələri 5 gün müddətinə qüvvədədir. Müddətin bitməsinədək vətəndaşlar işğaldan azad edilmiş əraziləri tərk etməlidir.
İcazənin uğursuz olması barədə bildiriş gəldikdən və avtomatlaşdırılmış qaydada bileti ləğv olunduqdan sonra ödənilən vəsait geri qaytarılır.
Sərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər.
Bilet şəhərlərarası (rayonlararası) müntəzəm marşrut avtobusunun yola
düşməsinə ən azı 2 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına
qaytarıldıqda, onun əvvəlcədən satışına görə komisyon muzdu çıxılmaqla gediş
haqqı sərnişinə qaytarılır. Bilet həmin müddətdən gec, lakin avtobusun yola
düşməsinə 15 dəqiqədən az qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15
faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı
sərnişinə qaytarılır.
"Şikayət və rəylər" bölməsindən müraciət göndərə və ya Çağrı Mərkəzinə (141) zəng edə bilərsiniz.
Aralıq məntəqələr üzrə biletlərin məhdud sayda olması nəzərə alınaraq biletləri əvvəlcədən Biletim.az portalı üzərindən əldə edilməsi tövsiyə olunur.
Ödəniş edilən banka RRN kodu təqdim edərək əlavə məlumat əldə edə bilərsiniz.
Portal üzərindən “Tarixçə” bölməsində “Qaytarılan” biletlər siyahısına daxil olaraq əldə edə bilərsiz.
Daşımaya və ya saxlanmaya verilmiş əşyaların itirilməsi, əskik çıxması və ya xarab olması ilə əlaqədar sərnişinə müəyyən olunmuş qiymət miqdarında vurulan ziyanın əvəzi, bu barədə tələbin irəli sürüldüyü andan daşıyıcı və ya avtovağzal (avtostansiya) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilir.
Əgər alınan bilet uğursuz hesab olunarsa o zaman vəsait hesabdan çıxılmaz və yaxud çıxılarsa yaxın müddətdə hesaba qayıdar. Qayıtmadığı təqdirdə rəy bölməsinə biletin məlumatlarını yazaraq cavab gözləməyiniz məqbuldur.