-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə

Sərnişindaşıma xidməti
Sərnişindaşıma Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin (AYNA) fəaliyyətində xüsusi yer tutur. AYNA vətəndaşların
rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi
məqsədilə avtobus parkının yenilənməsini daim diqqətdə saxlayır. Marşrutların təhkim
edilməsində şəffaflığın təmin olunması məqsədilə marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim
edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
AYNA tərəfindən mobilliyin transformasiyası
proqramı çərçivəsində yeni marşrut şəbəkəsi tətbiq edilir. Paytaxtın mobillik
imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin
olunması məqsədilə bütün marşrut xətləri təhlil edilir və əhalinin ictimai nəqliyyatdan
rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanır və data əsaslı
analitik alət olan Bakının “Rəqəmsal əkizi” vasitəsilə simulyasiya edilir.
AYNA tərəfindən həmçinin şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.