141

Taksi
Taksi
Taksi

Taksi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi mink avtomobilləri ilə sərnişin daşıma sahəsində göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi və bu sahədə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib.

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər bu sahədə dövlət nəzarətini daha rahat həyata keçirmək üçün əhəmiyyətli hüquqi bazanın yaranmasına səbəb olmuşdur. Belə ki, taksi xidməti göstərən sahibkarlar, sürücülər, həmçinin taksi sifarişi operatorları qarşısında bir sıra tələblər irəli sürülüb. Aparılan islahatlar nəticəsində taksi xidmətindən istifadə edən sərnişinlərə keyfiyyətli və təhlüksiz xidmətlərin göstərilməsinə nail olunmuşdur.

Xidmətlərin peşəkar sürücülər tərəfindən həyata keçirilməsi və sürücü bazasının formalaşdırılması üçün 2023-cü ilin avqust ayından etibarən AYNA tərəfindən təlimlər təşkil edilir. Təlimlərdə əsasən bu sahəni əsas iş yeri kimi görən şəxslər iştirak edir.

Görülən işlər çərçivəsində taksi minik avtomobilləri yenilənmiş, daşıyıcılar tərəfindən ölkəyə ekoloji cəhətdən təmiz, həmçinin daha yeni hibrid və elektrik mühərikli nəqliyyat vasitələri gətirilmişdir. Buraxılış kartı (icazəsi) olmayan nəqliyyat vasitələri daşımalardan kənarlaşdırılmışdır. Bununla da nəqliyyat vasitələrinin orta yaşı 15-dən 7-yə endirilmişdir.

AYNA informasiya sistemində “E-taksi” alt sistemi yaradılmışdır. Hazırda faəliyyətinə icazə verilmiş 13 taksi sifarişi operatoru tərəfindən taksi sifarişləri, sifariş üçün istismar olunan nəqliyyat vasitələri, xidmət göstərən sürücülər və qanunla müəyyən edilmiş digər adsızlaşdırılmış məlumatların AYNA informasiya sisteminə real vaxt rejimində ötürülməsi həyata keçirilir. Bununla da statistik təhlillərin aparılması, pozuntu hallarının aşkar edilməsi və bu sahədə xidmət keyfiyyətinin daha da artırılması üçün münbit şərait yaradılmışdır.