-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
![Yol hərəkətinin təşkili](https://ayna.gov.az/uploads/activity_photos/LBGZBCSmTpyJGOnkeTh8e7B4ivphIK24l5kNoQfP.jpg)
Yol hərəkətinin təşkili
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin
(AYNA) fəaliyyət istiqamətlərinə yol hərəkətini yenidən təşkil etməklə Bakı şəhərində
mobilliyin inkişaf etdirilməsi, paytaxtın nəqliyyat sistemində vəziyyətin yaxşılaşdırılması,
avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxeminin
optimallaşdırılması və son nəticədə bütün hərəkət iştirakçılarının rahatlığı və
təhlükəsizliyinin təmin olunması da daxildir.
AYNA tərəfindən hərəkətin yenidən təşkili
ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Sərnişinlərin mənzil başına daha
tez və rahat çata bilməsi üçün xüsusi hərəkət zolaqları təşkil edilir, böyük
piyada axını müşahidə edilən ərazilərdə təhlükəsiz piyada zonalarının
yaradılması ilə bağlı bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır və
piyadalaşdırılır. Eyni zamanda, yol hərəkətinin təşkili ilə bağlı müxtəlif
innovativ yanaşmalardan istifadə olunur, nişanlanma xətləri və yol nişanları
quraşdırılır.
AYNA Bakı şəhərində dayanıqlı nəqliyyat
sisteminin qurulması istiqamətində prioritetlərin müəyyən edilməsi, yol hərəkətinin
təşkili və təhlükəsizliyi səviyyəsinin artırılması üçün mütəmadi olaraq yeni
layihələrin icrasını reallaşdırır.
Yol hərəkətinin təşkili istiqamətində
hazırlanmış layihələr əsasən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə, kəsişmələrdə
sıxlıqların azaldılması, müntəzəm sərnişindaşımalarda səmərəliliyin
artırılmasına hesablanıb.
Həyata keçirilən layihələr əsasən ictimai nəqliyyat
xidmətlərində izafi yürüşlərin qarşısının alınmasına, səmərəliliyin və xidmət
keyfiyyətinin artırılmasına, yol sahəsində təhlükəsizlik səviyyəsinin
artırılmasına və sıxlığın azaldılmasına xidmət edir.