141

Yükdaşıma xidməti
Yükdaşıma xidməti
Yükdaşıma xidməti

Yükdaşıma xidməti

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) başlıca missiyalarından biri, avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların təhlükəsiz və effektiv şəraitdə fəaliyyət göstərməsi üçün bütün imkanların yaradılmasıdır.

AYNA ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyasını yerinə yetirir, daşıyıcıların fəaliyyətini hüquqi çərçivəyə salır.

Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli və çoxdəfəli icazələri ilə daşıyıcılarımız bütün Avropa ölkələrinə il ərzində məhdudiyyətsiz sayda yükdaşıma həyata keçirə bilir, BNF üzvü olmayan ölkələrə daşımalar üçün ikitərəfli qaydada “İcazə blankları”nın mübadiləsi aparılır.

Üçüncü ölkə daşımalarında AYNA-nın daşıyıcılara yaratdığı şəraitə gəlincə, qurum tərəfindən tələbata uyğun sayda icazə blanklarının mübadiləsi həyata keçirilir və daşıyıcıların bu sənədlərə əlçatanlığı tam təmin edilir.

 AYNA daşıyıcıları yeni bazarlara istiqamətləndirərək bu sahənin davamlı inkişafını dəstəkləyir və strateji prioritetlərindən biri olaraq beynəlxalq yük daşımalarını daha da asanlaşdırır.

 İslahatlar nəticəsində daşıyıcıların icazələrə çıxışı asanlaşıb, əlçatanlıq artıb. Tək hüquqi deyil, fiziki şəxslər də “İcazə blankları”nı rahatlıqla ala bilir. Bu məqsədlə Bakıda və regionlarda fəaliyyət göstərən KOB evlərində xidmət göstərilməsinə başlanılıb.

İkitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə blankları”nın elektronlaşdırılması prosesi gedir. Həmçinin bu blankların və rəqəmsal taxoqraf kartlarının alınması üçün müraciətlərin edilməsi xidmətləri də tam elektronlaşıb.

Yük nəqliyyat vasitələrinin ekoloji standartlarının yüksəldilməsi üçün, daşıyıcılar mütəmadi olaraq avtomobil parklarını yeniləyir. Hazırda Avropa istiqamətində yük daşımalarını həyata keçirən avtomobillər əsasən Avro-5 və Avro-6 standartlarına cavab verir.

Beynəlxalq yük daşımaları ilə yanaşı ölkədaxili yük daşımaları da iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. Malların effektiv və sürətli şəkildə daşınması istehsal və ticarət proseslərini dəstəkləyərək, bölgələr arasındakı iqtisadi əlaqələri gücləndirir və yerli bazarların inkişafına töhfə verir. İnfrastrukturun inkişafı və müasir nəqliyyat vasitələrinin istifadəsi, ölkədaxili yük daşımalarının səmərəliliyini artırır. Nəticədə bu sahə milli iqtisadiyyatda dayanıqlı artım və inkişafın təmin edilməsində mühüm rol oynayır.

AYNA müvafiq qaydada razılaşdırmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair icazə verir. Ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb. Bu proses mərhələli şəkildə aparılır. Elektron tərəzilərdən əldə olunan məlumatlar Monitorinq mərkəzidə toplanılır və emal edilir.

Yükdaşıma fəaliyyəti göstərən və ya  bu sahədə fəaliyyət göstərmək niyyəti olan şəxslərə dəstəyin göstərilməsi məqsədilə “Daşıyıcı Bələdçisi” xidməti təqdim edilir.

Bununla yanaşı, AYNA milli daşıyıcıların xarici ölkələrdə hüquqlarının müdafiəsinin təmin edilməsi üçün beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti orqanları ilə əməkdaşlıq edir.  Bu təşəbbüslər yükdaşıma sahəsində şəffaflıq və davamlı inkişafı təmin edərək, Azərbaycanın daşıyıcılarının beynəlxalq aləmdə daha uğurlu fəaliyyət göstərməsini təmin edir.