141

Müsabiqə elanı

17 Aprel, 2025

Müsabiqə elanı

Sifarişçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqəni elan edir
Sıra  №-si Müsabiqə elanının mətbuata verilmə tarixi Müsabiqə keçirilmə tarixi Lotun
№-si
Marşrutun
 (reysin) adı
İşə başlama vaxtı İşin bitmə vaxtı Marşrutlara xidmət  göstərilməsi üçün tələb olunan avtobusların sayı Ehtiyat avtobus sayı Yola          düşmənin dövriliyi Marşrutlara xidmət göstərilməsi üçün tələb olunan avtobusların tutumu
8 17.04.2025 23.05.2025 89 122 nömrəli şəhərətrafı
(Ramana q. Şuşa şəhərciyi - Maştağa q.)
6:00 22:00 5 1 Hər gün Xüsusilə kiçiktutumlu
90 160A nömrəli şəhərətrafı
(Binə "Atçılıq" yaşayış massivi - Binə qəs.(mərkəz))
6:00 21:00 4 1 Hər gün Kiçiktutumlu
91 193 nömrəli şəhərətrafı
Mirzə Məhəmməd xan küç. - "Lökbatan" NMM)
6:00 20:30 6 1 Hər gün Kiçiktutumlu və ortatutumlu
92 195 nömrəli şəhərətrafı
(Ələt qəsəbəsi - Abşeron ticarət mərkəzi)
5:30 22:00 11 1 Hər gün Kiçiktutumlu və ortatutumlu
93 503 nömrəli şəhərətrafı
(BBAK – Sumqayıt şəhəri (Ü.Hacıbəyli küç.))
6:00 23:00 13 1 Hər gün Kiçiktutumlu və ortatutumlu 
Müsabiqə üçün ərizələr aşağıdakı ünvanda qəbul edilir:
       16 may 2025-ci il saat 17:00-dək 
          Bakı şəhəri, Hacı Məmmədov 
          küçəsi, 5, Azərbaycan Yerüstü Nəqliyyat
          Agentliyinin inzibati binası
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 
1.    Müəyyən olunmuş formada yazılı ərizə;
2.    İştirakçı haqqında məlumat;
3.    Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış;
4.    İddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədin surəti;
5.    İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq arayış.
6. Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödəniş qəbzi
Sənədlər  16 may 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – Mob: 050-855-53-55,
e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Elanı sosial platformalarda paylaş: