Müsabiqə elanı
03 Avqust, 2026
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Müəyyən olunmuş formada yazılı ərizə;
2. İştirakçı haqqında məlumat;
3. Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış;
4. İddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədin surəti;
5. İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq arayış.
6. Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödəniş qəbzi
Müsabiqə üçün ərizələr aşağıdakı ünvanda qəbul edilir:
Sənədlər 01 sentyabr 2026-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – Mob: 077-455-99-06,
e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.