Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı
sənədləri təqdim etməlidirlər:
I. Ərizə sənədlər
• Müəyyən olunmuş formada yazılı ərizə (Nazirlər Kabinetinin 52 nömrəli
Qərarı, Əlavə №2-si);
• İştirakçı haqqında məlumat forması (Nazirlər Kabinetinin 52 nömrəli
Qərarı, Əlavə №4);
• Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün
isə dövlət reyestrindən çıxarış;
• Vergi ödəyicisi kimi uçota alınmanı təsdiq edən sənədin surəti;
• Vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin
olmaması barədə müvafiq arayış.
II. İxtisas məlumatları (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə
№3)
İddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
• Avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri;
• Avtobus iddiaçının mülkiyyətində olmadıqda, minimum 3 illik notariat
qaydasında təsdiq edilmiş icarə müqaviləsi;
• Texniki xidmət və duracaq üzrə minimum 3 illik müqavilə (müvafiq əlavə
sənədlərlə birlikdə);
• Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasına dair minimum 3 illik müqavilə;
• Sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili üçün tibb müəssisəsi
ilə bağlanmış minimum 3 illik müqavilə;
• Sərnişinlərin fərdi qəza sığortasını təsdiq edən icbari sığorta
şəhadətnaməsi;
• Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta
şəhadətnaməsi;
• Sürücülərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təsdiq edən
sənəd.
III. Sürücülərə dair sənədlər
Hər bir sürücü üzrə aşağıdakı sənədlər təqdim edilməlidir:
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Sürücülük vəsiqəsinin surəti;
• Sürücülərinin xüsusi hazırlıq keçməsi ilə bağlı şəhadətnamə;
• Sürücülüyə yararlı olması barədə tibbi arayış;
• Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin müəyyən
edilməsi məqsədilə aparılmış tibbi müayinənin nəticəsi barədə məlumat;
• Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən etibarnamə
• Əmək müqaviləsi.
IV. Müsabiqədə iştirak haqqı
Qeyd: Təqdim olunan bütün sənədlər qüvvədə olmalıdır.
İstinad: Yuxarıda göstərilən tələblər "Avtomobil nəqliyyatı
haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli Qərarına əsasən
müəyyən edilmişdir. |