"Sənədlər 09 oktyabr 2026-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
əlaqələndirici şəxs: Firdovsi Cahangirov – Mob: 077-455-99-06, e-poçt: firdovsi.cahangirov@ayna.gov.az qəbul ediləcək.
"Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
I. Ərizə sənədlər
•
Müəyyən olunmuş formada yazılı ərizə (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №2-si);
•
İştirakçı haqqında məlumat forması (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №4);
•
Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün isə dövlət reyestrindən çıxarış;
•
Vergi ödəyicisi kimi uçota alınmanı təsdiq edən sənədin surəti;
•
Vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq arayış.
II. İxtisas məlumatları (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №3)
İddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
•
Avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri;
•
Avtobus iddiaçının mülkiyyətində olmadıqda, minimum 3 illik notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi;
•
Texniki xidmət və duracaq üzrə minimum 3 illik müqavilə (müvafiq əlavə sənədlərlə birlikdə);
•
Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına dair minimum 3 illik müqavilə;
•
Sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili üçün tibb müəssisəsi ilə bağlanmış minimum 3 illik müqavilə;
•
Sərnişinlərin fərdi qəza sığortasını təsdiq edən icbari sığorta şəhadətnaməsi;
•
Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi;
•
Sürücülərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təsdiq edən sənəd.
III. Sürücülərə dair sənədlər
Hər bir sürücü üzrə aşağıdakı sənədlər təqdim edilməlidir:
•
Şəxsiyyət vəsiqəsinin surəti;
•
Sürücülük vəsiqəsinin surəti;
•
Sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd;
•
Sürücülüyə yararlı olması barədə 83 nömrəli tibbi arayış;
•
Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin müəyyən edilməsi məqsədilə aparılmış tibbi müayinənin nəticəsi barədə məlumat;
•
Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən etibarnamə
•
Əmək müqaviləsi.
IV. Müsabiqədə iştirak haqqı
Qeyd: Təqdim olunan bütün sənədlər qüvvədə olmalıdır.
İstinad: Yuxarıda göstərilən tələblər ""Avtomobil nəqliyyatı haqqında"" Azərbaycan RespublikasıQanununun 14.3-cü maddəsinə
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli Qərarına əsasən müəyyən edilmişdir."