Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
I. Ərizə sənədlər • Müəyyən olunmuş formada yazılı ərizə (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №2-si); • İştirakçı haqqında məlumat forması (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №4); • Fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün isə dövlət reyestrindən çıxarış; • Vergi ödəyicisi kimi uçota alınmanı təsdiq edən sənədin surəti; • Vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq arayış.
II. İxtisas məlumatları (Nazirlər Kabinetinin 52 nömrəli Qərarı, Əlavə №3) İddiaçı aşağıdakı sənədləri təqdim etməlidir: • Avtonəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri; • Avtobus iddiaçının mülkiyyətində olmadıqda, minimum 3 illik notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi; • Texniki xidmət və duracaq üzrə minimum 3 illik müqavilə (müvafiq əlavə sənədlərlə birlikdə); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına dair minimum 3 illik müqavilə; • Sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili üçün tibb müəssisəsi ilə bağlanmış minimum 3 illik müqavilə; • Sərnişinlərin fərdi qəza sığortasını təsdiq edən icbari sığorta şəhadətnaməsi; • Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi; • Sürücülərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını təsdiq edən sənəd.
III. Sürücülərə dair sənədlər Hər bir sürücü üzrə aşağıdakı sənədlər təqdim edilməlidir: • Şəxsiyyət vəsiqəsinin surəti; • Sürücülük vəsiqəsinin surəti; • Sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd; • Sürücülüyə yararlı olması barədə 83 nömrəli tibbi arayış; • Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin müəyyən edilməsi məqsədilə aparılmış tibbi müayinənin nəticəsi barədə məlumat; • Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən etibarnamə • Əmək müqaviləsi.
IV. Müsabiqədə iştirak haqqı Qeyd: Təqdim olunan bütün sənədlər qüvvədə olmalıdır. İstinad: Yuxarıda göstərilən tələblər "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli Qərarına əsasən müəyyən edilmişdir. |