2020-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hər iki ölkənin aidiyyəti qurum nümayəndələrinin videokonfrans formatında görüşü keçirilib.
17 Sentyabr, 2020
2020-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyətin müzakirə edilməsi üçün hər iki ölkənin aidiyyəti qurum nümayəndələrinin videokonfrans formatında görüşü keçirilib.
Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran İslam Respublikasının nümayəndə heyətinə Yol və Avtomobil Nəqliyyatı Təşkilatının tranzit və beynəlxalq nəqliyyat məsələləri üzrə baş idarəsinin rəisi Cavad Hidayəti rəhbərlik edib.
Görüşə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri də onlayn rejimdə qoşulublar.
Görüşdə pandemiya şəraitində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, infeksiyanın yayılmaması məqsədilə hər iki ölkənin Hökumətləri tərəfindən tətbiq edilən qaydalara riayət edilməsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtodaşıyıcılar tərəfindən “İcazə” blanklarının istifadə edilməsinin statistik təhlili və mövcud şəraitdə daşımaların inkişaf perspektivləri məsələləri müzakirə edilərək, müvafiq razılıq əldə edilib.
Digər xəbərlər
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır