32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid
İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar
nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A,
14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142,
156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların
hərəkət sxemi dəyişdilirir.
Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti
Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə
fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların
hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı
Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.
156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm
marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət
edəcək.
91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid
İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir