AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib
02 Dekabr, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində nəqliyyat sisteminin təkmilləşdirilməsi, hərəkətinin tənzimlənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib. Mərkəzin yaradılmasında məqsəd avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsi zamanı marşrut pasportuna və sxeminə, həmçinin qüvvədə olan təhlükəsizliyə dair qayda və tələblərə riayət edilməsi vəziyyətinin monitorinqinin aparılması, tələbatın davamlı şəkildə qiymətləndirilməsidir.
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyətinə nəzarət avtobuslara quraşdırılan GPS avadanlığı vasitəsilə Monitorinq Mərkəzindən həyata keçirilir. Gün ərzində xəttə çıxan avtobusların hərəkət qrafikində təyin edilmiş vaxt üzrə başlanğıc, aralıq və son məntəqələrdən hərəkətlərinə, kənar dayanacaqlarda dayanmalarına, xətdən yayınmalarına nəzarət edilir. Həmçinin avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənməsi, tormozlaması, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı, həmçinin təhlili aparılır. Mərkəzdə avtobusların yerləşdikləri məntəqələrin koordinatları da təyin edilir.
Eyni zamanda sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə 24 saat monitorinq edilir.
Digər xəbərlər
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib