Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib
05 Noyabr, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl Agentliyin kollektivi 2-ci Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsini anıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasında təşkil olunan tədbirdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan dövləti, Ali Baş Komandan və Azərbaycan ordusu xalqımızın adını müstəqillik tariximizə qızıl hərflərlə yazdırdılar. 30 il ərzində görülən işlər, həyata keçirilən ardıcıl və prinsipial siyasət erməni işğalçılarının təcavüzkar niyyətlərinə son qoydu. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı 44 gün sonra zəfərlə başa çatdı. Bildirilib ki, 2 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırlanan döyüş taktikası əsasında Azərbaycanın alınmaz qalası - qədim Şuşa şəhəri azad edildi. Qeyd olunub ki, Şuşa qələbəsi müasir hərb sənəti tariximizin ən parlaq səhifələrindəndir. Bu gün Azərbaycan vətəndaşı təhlükəsiz şəraitdə öz qədim, müqəddəs torpağına gedir. Şuşa zəfəri Qarabağa “Böyük qayıdış”ın başlanğıcıdır. Bu zəfər Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etidirdi.
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüblər.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır