Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib
29 Yanvar, 2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarda rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.
Türkiyədən sonra Özbəkistanla da ikitərəfli yükdaşımalarda “e-Permit” – elektron icazənin tətbiqi ilə yükdaşımaları yerinə yetirilib. Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb. Yanvarın 14-də isə Azərbaycana məxsus nəqliyyat vasitəsi elektron icazə ilə Özbəkistana yükdaşımanı uğurla həyata keçirib.
“İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edəcək, yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.
Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.
Digər xəbərlər
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib