Beynəlxalq Nəqliyyat Forumunun növbəti “Bakı Sessiyası” ərəfəsində ikitərəfli görüş keçirilib.
22 Noyabr, 2019
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələrimiz arasında bağlanacaq ikitərəfli Sazişin tələblərinin ilkin müzakirəsi ilə bağlı 2019-cu ilin 11 oktyabr tarixində Bakı şəhərində Beynəlxalq Nəqliyyat Forumunun növbəti “Bakı Sessiyası” ərəfəsində ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Böyük Britaniya nümayəndə heyətinə isə Nəqliyyat Departamentinin “Operatorların lisenziyalaşdırılması” bölməsinin rəhbəri cənab Dunkan Prays rəhbərlik edib.
İclasda Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tətbiqi ilə bağlı mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, Böyük Britaniyada və Azərbaycanda kommersiya məqsədli daşımalar sahəsində mövcud reallıq və problemlər, daşımaların inkişafı perspektivləri, eyni zamanda Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olması və bu baxımdan bu strategiyanın həyata keçirilməsində Azərbaycanın nəqliyyat-logistika üstünlüyü və digər aktual məsələlər əsas müzakirə predmetlərindən olub.
11.10.2019
Digər xəbərlər
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib