“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
11 Sentyabr, 2026
Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil
edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə
rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında
– “Atletlər kəndi” istiqamətində dəyişik edilib.
İndiyədək ərazidə mövcud olan “cib” tipli
dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin
sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.
Hazırda ekspres avtobusların “Koroğlu”
metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 1-ci “cib”
ekspres marşrutların dayanması üçün, 2-ci “cib” avtobusların rahat hərəkəti
üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol
nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.
Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən
istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin
axınlarının ayrılması təmin edilib.
Sərnişinlərin metro stansiyasına təhlükəsiz
keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir