Koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir
05 Iyun, 2020
Regionlarımızda da Koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Nəzərinizə çatdıraq ki, sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Regionlarımızda avtobusların və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması yekun mərhələsindədir. Şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir!
Qaydalara əməl etməklə həyatımıza davam edək!
Digər xəbərlər
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır