Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənovun qələbə təbriki:
10 Noyabr, 2020
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənovun qələbə təbriki:
Əziz həmvətənlərim!
Bu gün hər birimiz üçün çox əlamətdar bir gündür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistan silahlı qüvvələri tərəfindən 30 ildir işğal altında saxlanılan Azərbaycan ərazilərinin işğaldan azad olunması yolunda Vətən müharibəsində şücaət və birlik nümayiş elətdirdilər. Bu birliyin, bu rəşadətin nəticəsi idi ki, bu gün Azərbaycan xalqı üçün 30 il sonra qələbənin imzası atıldı. Bu qələbə münasibətilə hər birinizi təbrik edirəm. Bu haqq və ədalət savaşımızda bizim Qarabağ önündə olan borcumuzu növbəti nəsillərə ötürməmək üçün Ali Baş Komandan rəşadətli ordumuzla birlikdə hamımıza əsrin ən böyük hədiyyəsini vermiş oldu. Bu münasibətlə bir daha hamınızı təbrik edir və tezliklə Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi Qarabağımız üçün nəzərdə tutulan yeni nəqliyyat layihələri ilə xidmətinizdə olacağımıza ümid edirik!
Azərbaycan bölgədə ən iri nəqliyyat layihələrində tərəf ölkə olmaqla, ərazi bütövlüyünün 10 noyabr 2020-ci il tarixində bərqərar olması ilə daha böyük imkanlar əldə etmiş oldu!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir