Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək
25 May, 2021
DİQQƏT!
Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti xüsusi təlimat əsasında təşkil ediləcək
Nazirlər Kabineti yanında Operativ Qərargahının açıqladığı qərara əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa ediləcək.
Avtovağzal kompleksləri və sərnişin daşıyıcı şirkətlər dərhal zəruri hazırlıq işlərinə başlayıb və 31 may tarixinədək müvafiq xidmətləri göstərməyə tam hazır olacaqlar.
Təhlükəsiz daşıma tədbirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanmış xüsusi təlimat əsasında təşkil ediləcək.
Respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı gündəlik dezinfeksiya olunacaq.
Sıxlığın qarşısının alınması məqsədilə daşımaların sərnişin axınına uyğun olaraq idarə edilməsi təmin ediləcək. Koronavirus əlamətləri olan sərnişin aşkar edildiyi təqdirdə davranış qaydaları barədə sürücülərin təlimatlandırılması həyata keçiriləcək.
Sürücülərdə koronavirus əlamətlərinin olmasına işə başlayarkən və işdən sonra nəzarət olunması, belə şəxslərin avtobusu idarəetmədən müvəqqəti kənarlaşdırılması və aidiyyəti tədbirlərin görülməsi prosesi təmin ediləcək.
Sürücülərə dezinfeksiyaedici spirt tərkibli gel məhlulu, birdəfəlik əlcək və maskalar veriləcək.
Avtobusların havalandırma prinsipi ilə işləyən daxili soyutma və isitmə sistemlərindən istifadənin məhdudlaşdırılması təşkil olunacaq. Avtobuslarda təmizlik işləri aparılarkən pəncərələrin qapalı, sərnişindaşıma yerinə yetirilən zaman isə salonun havalandırılması məqsədilə mümkün qədər açıq vəziyyətdə saxlanılmasına nəzarət ediləcək.
Digər xəbərlər
30 May, 2025
Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
30 May, 2025
Yaxın zamanda daha 15 dayanacaq pavilyonu quraşdırılacaq
27 May, 2025
16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
27 May, 2025
Avtobuslarla bağlı məlumatlar “Map AYNA”da
22 May, 2025
BNF icazələrinin növbəti bölgüsü keçirilib