141

Əsas Xəbərlər

1, 2 və 3 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

1, 2 və 3 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

07 Iyul, 2025

1, 2 və 3 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

Yenilənmə işləri:

Abbasqulu Ağa Bakıxanov küçəsində üfüqi nişanlanma xətləri yenilənib

Cəlil Məmmədquluzadə küçəsi, Zığ şosesi, 8 Noyabr prospekti, 1-ci Yaşıl Vadi küçəsi və Rəşid Behbudov küçəsində üfüqi nişanlanma xətləri yenilənib

Cəlil Məmmədquluzadə ilə Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində 3, Rəşid Behbudov küçəsində 19 piyada keçidi yenilənib

1-ci Yaşıl Ada küçəsində 5 piyada zolağı çəkilib

Badamdar şosesində 1, Fərid Ələkbərov küçəsində 1, Səxavət Quliyev küçəsində 1, Rüstəm Rüstəmov küçəsində 12, Mərkəzi Bulvar küçəsində 12, 1-ci Yaşıl Ada küçəsində 10 piyada zolağı yenilənib

Rüstəm Rüstəmov küçəsində, Mərkəzi Bulvar küçəsində, Xəqani Rüstəmov küçəsində, 2-ci Fəvvarlər küçəsində və Abbasqulu Ağa Bakıxanov küçəsində üfüqi nişanlanma xətləri yenilənib

Kazım Kazımzadə və Əjdər Məlikov küçəsində 2, Bəhruz Nuriyev, Naxçıvanski və Bəkir Çobanzadə küçələrində 1 piyada zolağı yenilənib

Bülbül prospektində üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib

Əli Vəliyev küçəsində 1, Məmmədəli Şərifli küçəsi və 14 iyul küçəsində 2 ədəd avtobus dayanacaq məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib



Parklanma:

Mustafa Bəy Topçubaşov küçəsi və Abbas Səhhət küçəsində 10 ədəd parklanma nişanı quraşdırılıb

Cəlil Məmmədquluzadə küçəsində 18, 1-ci Fəvvarələr küçəsində 38, İzzət Nəbiyev küçəsində 27, Səməd Vurğun küçəsində 8, Abbas Mirzə Şərifzadə küçəsində 3 parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri təşkil edilib

Cəlil Məmmədquluzadə küçəsində 3 ədəd parklanma məntəqəsində yol nişanı quraşdırılıb

Xəqani Rüstəmov küçəsində 1 ədəd “Dayanmaq qadağandır” yol nişanı quraşdırılıb

2-ci Yaşıl Ada küçəsində 63, Füzuli Əliyev küçəsində 11 parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri təşkil edilib

Sədərək dairəsi ətrafında 1 ədəd “Dayanmaq qadağandır” yol nişanı quraşdırılıb

1-ci Yaşıl Ada və 2-ci Fəvvarələr küçələrində 23, İzzət Nəbiyev küçəsində 7, Əhməd Cəmil küçəsində 22 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib

1-ci Yaşıl Ada və 2-ci Fəvvarələr küçələrində 32 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri təşkil edilib


Yol nişanları:

Fərid Ələkbərov küçəsində 4, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsində 5, Bəşir Bünyadov küçəsində 2, Pirallahı qəsəbəsində 3,  Zirə yolunda 2, Elşən Mehdiyev küçəsində 1, Bakı-Ələt yolunda 36 ədəd yol nişanı quraşdırılıb

Bakı-Ələt yolunda 43, Xəlil Rza Ulutürk küçəsində 3, Böyükşor küçəsində 1, Elşən Məhərrəmli küçəsində 2, Böyükşor-Pirşağı yolu 2, Qala yolunda 3 yol nişanı quraşdırılıb

Sədərək dairəsi ətrafında 1, Qala yolunda 1, Heydər Əliyev küçəsində 4, Qala-Pirallahı şosesində 2, Türkan-Hövsan yolunda 3, Qala-Türkan yolunda 4  yol nişanı quraşdırılıb

İctimai nəqliyyat infrastrukturu:

Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində 1 ədəd “Avtobusun dayanacaq yeri” yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib


Xəbəri sosial platformalarda paylaş: