Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
25 Noyabr, 2026
Sərnişindaşıma
sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin
təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 22, 31, 67, 92
nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, eləcə də Bakı-Gəncə,
Bakı-Şabran, Bakı-Siyəzən, Tərtər-Xankəndi və Tərtər-Bərdə avtobus marşrutları
üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Sabunçu
qəsəbəsini Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi) ilə əlaqələndirən
22 nömrəli şəhərdaxili və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası
ilə əlaqələndirən 191 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs ”Kənan-2000”
şirkəti;
Badamdar qəsəbəsini
Nizami bağı (Əhməd Cavad küçəsi) ilə əlaqələndirən 31 nömrəli şəhərdaxili
avtobus marşrutu üzrə hüquqi şəxs ”Fidan” MMC;
Biləcəri
qəsəbəsini Çernyayevski küçəsi ilə əlaqələndirən
67 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs ”Menloqq” MMC;
Binəqədi
qəsəbəsini metronun "Memar Əcəmi"
stansiyası ilə əlaqələndirən 92 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə
hüquqi şəxs ”MES Üç Qardaş” MMC;
Bilgəh
qəsəbəsini “Koroğlu” NMM ilə əlaqələndirən 172 nömrəli şəhərətrafı avtobus
marşrutu üzrə hüquqi şəxs ”BakuBus” MMC;
Bakı-Gəncə
marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
Bakı-Şabran
marşrutları üzrə fiziki şəxslər Qasımov Fətulla Əli oğlu və Veyisov Qafil Əfsər
oğlu;
Bakı-Siyəzən
marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu;
Tərtər-Xankəndi
marşrutu üzrə fiziki şəxs Rüstəmov Elxan Zöhrab oğlu;
Tərtər-Bərdə
marşrutu üzrə fiziki şəxs Quliyev Ceyhun Şirin oğlu qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
25 Noyabr, 2026
Daha bir elektron tərəzi quraşdırılıb
24 Noyabr, 2026
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
24 Noyabr, 2026
Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb
23 Noyabr, 2026
AYNA Sumqayıt Dövlət Universitetində mikromobillik üzrə maarifləndirici sessiya keçirib