AYNA Sumqayıt Dövlət Universitetində mikromobillik üzrə maarifləndirici sessiya keçirib
23 Noyabr, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Universitetlərdə
mikromobillik infosessiyaları” layihəsi çərçivəsində Sumqayıt Dövlət
Universitetində maarifləndirici sessiya keçirilib.
Layihənin
əsas məqsədi tələbələr arasında mikromobillik mədəniyyətinin formalaşdırılması,
təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə
fikir mübadiləsinin aparılmasıdır.
Sessiyada
50-dən çox tələbə iştirak edib. Tədbir çərçivəsində tərəfdaş APAR şirkəti tərəfindən
praktiki velosiped təlimi də təşkil olunub. Təlimlər tələbələrin skuter və
velosipedlərdən daha təhlükəsiz və düzgün istifadə bacarıqlarının artırılmasına
xidmət edib.
Qeyd
edək ki, yaxın vaxtlarda Sumqayıt Dövlət Universitetinin ərazisində velosiped
parkinq konstruksiyası da quraşdırılıb.
AYNA-nın
həyata keçirdiyi bu layihə tələbəyönümlü, təhlükəsiz və davamlı nəqliyyat
modelinin qurulmasına mühüm töhfə verir və mikromobillik ekosisteminin
inkişafına yeni impuls daşıyır.
Digər xəbərlər
20 Noyabr, 2026
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
19 Noyabr, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb