57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
20 Noyabr, 2026
Vətəndaşların
rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə
57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır.
Noyabrın
23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini
(metronun "Həzi Aslanov" stansiyasının yaxınlığı) Kazımağa Kərimov
küçəsi (Sabah City) ilə əlaqələndirəcək.
“Bakubus”
MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə
xidmət göstərəcək.
Avtobuslarda
ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Digər xəbərlər
19 Noyabr, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir