6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
19 Noyabr, 2026
Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi
işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən
metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan
döngəsi və "Komsomol" dairəsi ərazilərində, noyabrın 22-də isə gecə
saatlarında metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində
nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.
- H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ
şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;
- 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə
prospekti – Qara Qarayev prospekti ilə,
- 163, 189 və M8 nömrəli avtobuslar Mübariz
İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev,
Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.
22 noyabr saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil ediləcək.
- 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi,
Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar
Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;
- 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi,
Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Asif Əsədullayev küçələri
ilə hərəkət edəcək.
Digər xəbərlər
20 Noyabr, 2026
57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
17 Noyabr, 2026
567 nömrəli marşrutun avtobusları yenilənir
16 Noyabr, 2026
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
13 Noyabr, 2026
Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir