141

Əsas Xəbərlər

Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb

Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb

24 Noyabr, 2026

Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb

2026-cı ilin yanvar-oktyabr aylarında paytaxtda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları ilə 440 milyondan çox sərnişin daşınıb.


Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.


Bakıda avtobuslarla sərnişindaşımada artım dinamikası oktyabr ayında da davam edib. Belə ki, ay ərzində avtobus marşrutları ilə təxminən 54 milyon sərnişin daşınıb. Bu isə paytaxtda avtobuslarla aylıq sərnişindaşımada rekord göstərici sayılır.

Xəbəri sosial platformalarda paylaş: