1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi rəsmiləşdirilib
17 Sentyabr, 2025
Avtomobil
nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində rəqəmsallaşma istiqamətində
mühüm mərhələ gerçəkləşib – 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib
edilib.
Bu nailiyyətin
arxasında geniş iştirakçı şəbəkəsi dayanır. 1 milyon əmtəə-nəqliyyat qaiməsinin
tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak
edib.
Elektron
əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə yüklərin ölkədaxili daşınması
zamanı rəsmiləşməni təmin edən sənəddir.
Bu
sistem yükgöndərənlə daşıyıcı arasında müqaviləni rəsmiləşdirir, yükün
daşınmaya qəbul edilməsini və ünvanına çatdırılmasını təsdiq edir, şəffaflığın
artırılmasına və nəqliyyat-ticarət əməliyyatlarının rəqəmsal izlənməsinə imkan
yaradır.
Qaimədə
yükalanın ünvanı, çatdırılma yeri, miqdarı, qablaşdırılması, tərkibi, brutto çəkisi,
göndərilmə vaxtı, nəqliyyat vasitəsinin növü və digər mühüm məlumatlar əks
olunur.
Bütün
sənədləşmə prosesi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılmış elektron xidmət üzərindən
aparılır.
Elektron
əmtəə-nəqliyyat qaiməsi daşımaların daha şəffaf, etibarlı və səmərəli həyata
keçirilməsinə xidmət edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir