141

Əsas Xəbərlər

1 və 2 avqust 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

1 və 2 avqust 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

06 Avqust, 2025

1 və 2 avqust 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

Yenilənmə işləri:

Hüseyn Cavid prospektində üfüqi nişanlanma xəttinin xüsusi avadanlıq vasitəsilə silinməsi davam etdirilib

Xırdalan-Binəqədi şosesində üfüqi nişanlanma xətləri yenilənib

Əli İsazadə və Abbas Fətullayev küçələrində yeni quraşdırılmış işıqforun işlək vəziyyətə gətirilməsi üçün üfüqi nişanlanma xətti və 2 piyada keçidi təşkil edilib

Səməd Vurğun küçəsində yeni təşkil edilmiş keçiddə piyada zolaqları çəkillib

Xırdalan-Binəqədi şosesi və 1-ci Mədən küçəsində 3, Asif Məhərrəmov ilə Mir Cəlal küçələrinin kəsişməsində 1, Binəqədi-Novxanı şosesində 1, Ənvər Qasımzadə ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində 1, Rəhim Məmmədov və Ramiz Quliyev küçələrinin, Mirəli Qaşqay ilə Eldar Tağızadə küçələrinin, eləcə də Ənvər Qasımzadə ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində 4 piyada zolağı yenilənib

Babək prospekti ilə Yusif Səfərov küçələrinin kəsişməsində üfüqi nişanlanma xətləri silinib

8 Noyabr prospektində üfüqi nişanlanma xətləri yenilənib

Babək prospekti ilə Yusif Səfərov küçələrinin kəsişməsində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində və Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətləri yenilənib

Hövsan şosesi ilə Rasim Şahsuvarov küçəsinin kəsişməsində yeni quraşdırılmış işıqforun işlək vəziyyətə gətirilməsi üçün üfüqi nişanlanma xətti çəkilib

Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində 1, Səməd Vurğun küçəsində 2, Ənvər Qasımzadə ilə Səməd Vurğun küçələrinin kəsişməsində 1, Xan Şuşinski ilə Ənvər Qasımzadə küçələrinin kəsişməsində 3, Əjdər Məlikov küçəsində 8 piyada zolağı yenilənib



Parklanma:

Bakı Ağ Şəhər ərazisində 24 parklanma məntəqəsində yol nişanları quraşdırılıb

Süleyman Vəzirov küçəsində 23, Qaçaq Nəbi küçəsində 17 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib

Ceyhun Hacıbəyli küçəsində 35 parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti təşkil edilib

Süleyman Vəzirov küçəsində 38 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib

Şəfaət Mehdiyev küçəsində 25 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib

2-ci Yaşıl Ada küçəsində 16, Mərkəzi Bulvar küçəsində 12, Xan Şuşinski küçəsində 10, Azadlıq prospektində 17 parklanma məntəqəsində yol nişanları quraşdırılıb



Yol nişanları:

Məhəmməd Hadi küçəsində 1, Bakı-Ələt yolunda 63 yol nişanı quraşdırılıb


Xəbəri sosial platformalarda paylaş: