102 və 191 nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir
14 May, 2026
Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları yenilənir.
Mayın 15-dən 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir