13, 14 və 15 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Oktyabr, 2025
Yenilənmə işləri:
Bakı-Şamaxı yolunda (28 May qəsəbəsi) yeni quraşdırılan işıqfor obyektində üfüqi nişanlanma xətti çəkilib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı çəkilib.
Neftçilər prospektində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb.
“Dəniz mall”un qarşısında yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Dilarə Əliyeva küçəsində üfüqi nişanlanma xətləri yenilənib.
Etibar Bəkirli küçəsində 1, Cəlal Qurbanov küçəsində 1, Əliağa Şıxlinski küçəsində 4, Baloğlan Bağırov küçəsində 1, 3-cü Mədən küçəsində 1 piyada keçidində yenilənmə işləri görülüb.
Xəqani küçəsində üfüqi nişanlanma xətlərinin silinməsi işləri görülüb.
Bakı-Sumqayıt yolunda, Tbilisi prospektində, Rəşid Behbudov küçəsində avtobus zolaqlarının yenilənməsi işləri görülüb.
Nəcəf Nərimanov küçəsində parklanma yerlərinin təşkili üçün üfüqi nişanlanma xətti çəkilib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində üfüqi nişanlanma xətti çəkilib.
Yəhya Hüseynov küçəsində yeni təşkil edilmiş piyada keçidində piyada zolaqları çəkilib. Əbdürrəhim bəy Haqverdiyev küçəsində 6, Cavanşir küçəsində 2, Kamil Balakişiyev küçəsində 1, Murad Nağıyev küçəsində 2, Svetlana Məmmədova küçəsində 1 keçisində yenilənmə işləri görülüb.
Xəqani küçəsi və Salyan şosesində üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətləri və “BUS” loqosu çəkilib.
İsmayıl Məmmədov küçəsində yeni təşkil edilmiş 4 piyada keçidində piyada zolaqları çəkilib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində 1, Səməd Bəy Mehmandarov küçəsində 2, Tələt Şıxəliyev küçəsində 7, Qarabağ küçəsində 4 piyada keçidi yenilənib.
Xəqani küçəsində üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib.
İctimai nəqliyyat infrastrukturu:
Abbasqulu ağa Bakıxanov küçəsində 1 ədəd 5.12 yol nişanı quraşdırılaraq dayanacaq məntəqəsi təşkil edilib.
Mikromobillik:
Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağının təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.
Parklanma:
3-cü Park küçəsində 16, Ağ şəhərdə 8 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Atatürk prospektində 2 ədəd “3.27” yol nişanı quraşdırılıb.
Abbas Zamanov küçəsində 25, Sahib Zeynalov küçəsində 7, Süleyman Rüstəm küçəsində 8, Həsən Salmani küçəsində 19, Fəzail Bayramov küçəsində 50 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Dadaş Bünyadzadə küçəsində 16 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti çəkilib.
Süleyman Vəzirov küçəsində 4, Ağ şəhərdə 17 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Neftçilər prospektində 1 ədəd “3.27” yol nişanı quraşdırılıb.
Abbas Zamanov küçəsində 25, Sahib Zeynalov küçəsində 7, Süleyman Rüstəm küçəsində 36, Ceyhun Hacıbəyli küçəsində 23, Fəzail Bayramov küçəsində 50 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Bəhruz Nuriyev küçəsində 4, Cəmşid Naxçıvanski küçəsində 24 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Rüstəm Rüstəmov küçəsində 45, Ərdəbil küçəsində 42, Rixard Zorge küçəsində 18, Mehbalı Zeynalabdiyev küçəsində 34 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb.
Məmməd Rahim küçəsində 8, Əbdürrəhim bəy Haqverdiyev küçəsində 25 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb.
Yol nişanları:
Atatürk prospektində 1, Azər Manafov küçəsində 4 yol nişanı quraşdırılıb.
Musa Əliyev ilə Nəsimi küçələrinin kəsişməsində 8 yol nişanı quraşdırılaraq yeni piyada keçidi təşkil edilib. Tələt Şıxəliyev küçəsində 18 ədəd yeni yol nişanı quraşdırılaraq yolun hərəkət isiqaməti dəyişdirilib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində 10, Neftçilər prospektində 2, Atatürk prospektində 1 ədəd yol nişanı quraşdırılıb.
Tələt Şıxəliyev küçəsində 39 ədəd yeni yol nişanı quraşdırılıb.
Abbas Mirzə Şərifzadə və Cəfər Cabbarlı küçələrində “minib-düşmə” yerləri yaradılıb.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb