13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirilib
27 Noyabr, 2024
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq “Qarabağ”–“Lion” oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir