140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
23 Aprel, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus parkının yenilənməsi və
gediş haqlarının nağdsız ödənilməsinin təmin edilməsinə keçidin sürətləndirilməsi
ilə bağlı işlər davam etdirilir.
140A
nömrəli şəhərətrafı müntəzəm marşrutda da ekoloji cəhətdən təmiz CNG
texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərir. Lökbatan qəsəbəsini
Xırdalan şəhəri ilə əlaqələndirən marşrut üzrə 12 avtobus 10 dəqiqə intervalla
sərnişinlərin xidmətindədir.
Aprelin
25-dən marşrutda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Avtobuslarda
gedişhaqqı 0,70 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir