147 və 179 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 Oktyabr, 2026
Paytaxtın
Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə
küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət
səbəbindən 147 və 179 nömrəli müntəzəm
marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir
işləri yekunlaşanadək 147 nömrəli müntəzəm marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad
qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və
Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179
nömrəli müntəzəm marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov,
Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil
edilib.
Digər xəbərlər
26 Oktyabr, 2026
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 Oktyabr, 2026
“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib
23 Oktyabr, 2026
Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
21 Oktyabr, 2026
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir