16 - 19 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
27 Oktyabr, 2025
Yenilənmə işləri:
Şah Abbas və Babək küçələrinin kəsişməsində yeni quraşdırılmış işıqfor obyektində 2 piyada keçidi və “STOP” xətləri çəkilib.
Şəfayət Mehdiyev küçəsində üfüqi nişanlanma xətləri yenilənib.
Həsən Əliyev və Koroğlu Rəhimov küçələrində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlər silinib.
Azərbaycan prospektində 6, Abay Kunanbayev küçəsində 1, Səməd bəy Mehmandarov küçəsində 2, İnqilab İsmayılov küçəsində 2 piyada keçidi yenilənib.
Xəqani küçəsində üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib.
Koroğlu Rəhimov küçəsində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlərin və “1.3” nişanlanma xəttinin silinməsi işləri görülüb.
Ceyhun Həsənov küçəsində və Suraxanı rayonu Mərkəzi küçəsində yeni təşkil edilmiş piyada keçidlərində piyada zolaqları çəkilib.
İnqilab İsmayılov küçəsində 7 piyada keçidi yenilənib.
Salyan şosesində üfüqi nişanlanma xətlərinin yenilənməsi, Koroğlu Rəhimov küçəsində isə silinməsi işləri davam etdirilib.
Məmməd Rahim və Əbdürrəhim bəy Haqverdiyev küçələrində təhlükəsizlik adacıqlarında üfüqi nişanlanma xətləri yenilənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətləri yenilənib.
Mirəli Qaşqay küçəsində 6, Əbdürrəhim bəy Haqverdiyev küçəsində 2, Tələt Şıxəliyev küçəsində 1, Nərimanov prospektində 1, Abdulla Şaiq küçəsində 1, Karvan küçəsində 3, Süleyman Sani Axundov küçəsində 1, Nazim İsmayılov küçəsində 1, Xanlar Ələkbərov küçəsində 1 və Firavan küçəsində 1 piyada keçidi yenilənib.
Azər Manafov küçəsində yeni təşkil edilmiş piyada keçidində piyada zolaqları çəkilib.
İctimai nəqliyyat infrastrukturu:
Sulutəpə qəsəbəsində 10 dayanacaq məntəqəsi təşkil olunub, 158 nömrəli marşrut xətti üzrə 5.12 yol nişanı quraşdırılıb.
Zabrat şosesində 1, Yavər Əliyev küçəsində 1 və Əjdər Məlikov küçəsində 1 dayanacaq pavilyonunun təməli qoyulub.
Əliağa Şıxlinski küçəsində sərnişin tələbatını və vətəndaşların ictimai nəqliyyata əlçatanlığını artırmaq məqsədilə 5.12 yol nişanı quraşdırılaraq yeni dayanacaq məntəqəsi təşkil edilib.
Neftçilər prospektində “5.14” yol nişanı quraşdırılaraq taksi duracaq yeri təşkil edilib.
Mikromobillik:
Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağının digər yollarla kəsişmələrində yaşıl boya ilə nişanlanma işləri davam etdirilib, velosiped loqosu və hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlər təşkil edilib.
Məhəmməd Rahim küçəsində velosiped loqosu və istiqamət xətləri təşkil olunub.
Parklanma:
Ceyhun Hacıbəyli küçəsində 4, Cəmşid Naxçıvanski küçəsində 17 və Şirin Mirzəyev küçəsində 5 parklanma məntəqəsində yol nişanları quraşdırılıb.
Fikrət Əmirov küçəsində 16, Rüstəm Rüstəmov küçəsində isə 28 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Nizami və Xaqani küçələrində parklanma məntəqələrində “əlil” loqosu yenilənib.
Arif Heydərov küçəsində 4, Əlicabbar Orucəliyev küçəsində 16, Sergey Senyuşkin küçəsində 20, Şirin Mirzəyev küçəsində 9 və Məhsəti Gəncəvi küçəsində 6 parklanma məntəqəsində yol nişanları quraşdırılıb.
Xətai prospektində, Həsən Əliyev, Məmməd Araz, Sarabski və Ağadadaş Qurbanov küçələrində “3.27” yol nişanı quraşdırılıb.
Mirəli Qaşqay küçəsində 52 yerlik parklanma məntəqəsinin təşkili məqsədilə üfüqi nişanlanma xətləri çəkilib.
Çernyayevski küçəsində 25, Mehdi Abbasov küçəsində 9 və Bəkir Çobanzadə küçəsində 7 parklanma məntəqəsində yol nişanları quraşdırılıb.
20 Yanvar, Nəcəf bəy Vəzirov və Əhməd Rəcəbli küçələrində “3.27”, Əliağa Şıxlinski küçəsində “3.28” yol nişanı quraşdırılıb.
Məmmədəli Şərifli küçəsində 48, Ərdəbil küçəsində 23 və Zaur Nurdəliyev küçəsində 30 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Yol nişanları:
Atatürk prospektində, Mikayıl Useynov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində “minib-düşmə” yerləri yaradılıb.
Heydər Əliyev prospektində 2, Milli Həmrəylik küçəsində 2, Sadıqcan küçəsində 4, Yəhya Hüseynov küçəsində 4 və Məmməd Araz küçəsində 2 yol nişanı quraşdırılıb.
Babək prospektində 31, 29-cu Binə küçəsində 4, Əhməd Rəcəbli küçəsində 2 və 20 Yanvar küçəsində 1 yol nişanı quraşdırılıb.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb