16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
29 Aprel, 2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“Bakı-Gəncə” marşrutu üzrə
hüquqi şəxs "Uğurlu Yol" MMC;
“Bakı-Bərdə” marşrutu üzrə
hüquqi şəxs "BakuBus" MMC;
“Bakı-Oğuz” marşrutu üzrə
hüquqi şəxs "Rüfət" MMC və fiziki şəxs Abdurahmanov Emin Yaşar oğlu;
“Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov Emin Balakərim oğlu;
“Sumqayıt-Mingəçevir” marşrutu
üzrə fiziki şəxs Məmmədov Kamran Şahin oğlu;
“Sumqayıt-Sınıq Körpü (Qazax
sərhəd-keçid məntəqəsi)” marşrutu üzrə hüquqi şəxs "Kaspian Ekspress"
MMC;
“Gəncə-Masallı” marşrutu
üzrə hüquqi şəxs "Fazil-20" MMC;
“Sabirabad-Lənkəran” marşrutu
üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu;
“Mingəçevir-Gəncə” marşrutu
üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu;
“Mingəçevir-Tərtər” marşrutu
üzrə fiziki şəxs Musayev Hüseyn Salman oğlu;
“Quba-Xaçmaz” marşrutu
üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC;
“Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxs Bəndəliyev Elmir Elburus oğlu qalib elan olunublar.
Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili 2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalib elan olunub.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Digər xəbərlər
03 Iyun, 2025
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
03 Iyun, 2025
Veloyürüş təşkil edilib
01 Iyun, 2025
AYNA tərəfindən balacalar üçün əyləncəli-maarifləndirici tədbir təşkil edilib
30 May, 2025
Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur
30 May, 2025
Yaxın zamanda daha 15 dayanacaq pavilyonu quraşdırılacaq