16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr, 2026
Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir
işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq
olunur.
Məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45,
71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm
marşrutların hərəkət sxemi dəyişdirilir.
41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli
marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq
prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2
nömrəli marşrutun “Avtovağzal” m/st istiqamətində hərəkəti Süleyman Sani
Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil ediləcək.
Əks istiqamətdə
isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül”
m/st-na doğru fəaliyyət göstərəcək.
3 nömrəli marşrutun “Dərnəgül” m/st istiqamətində hərəkəti
Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil ediləcək.
Əks istiqamətdə isə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri,
Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov
küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan
və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan
və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər 3 marşrut “Dərnəgül” m/st-na
fəaliyyət göstərəcək.
202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti
Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.
Qeyd: 7-ci mikrorayon ərazisində yaşayan sakinlərin “Dərnəgül” m/st istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 3 nömrəli müntəzəm marşrutdan avtobuslar ayrılacaq. Həmin avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) - “Dərnəgül” m/st marşrutu üzrə sərnişinlərə ödənişsiz xidmət göstərəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir