18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
22 Sentyabr, 2025
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı və Cibir kəndi – Qusar avtovağzalı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi) marşrutları üzrə hüquqi şəxslər “Xoşqədəmli” MMC və "Uğurlu yol" MMC;
Bakı-Bərdə və Bakı-Mingəçevir marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC;
Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
Bərdə-Gəncə marşrutu üzrə fiziki şəxs Məmmədov Feruz Məlik oğlu;
Göyçay-Mingəçevir marşrutu üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu;
Oğuz-Gəncə marşrutu üzrə fiziki şəxs Əhmədov Rəhim Əmralı oğlu;
Oğuz-Mingəçevir marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;
Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir) marşrutu üzrə fiziki şəxs Əliyev Məqsəd İbrahim oğlu;
Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal) və
Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi) marşrutları üzrə hüquqi şəxs
"Kamil Avtonəqliyyat" MMC;
Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal)
marşrutu üzrə hüquqi şəxs "Simurq-avto" MMC;
Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu
üzrə fiziki şəxs Osmanov Fərid Qələndər oğlu;
Suduroba kəndi-Qusar avtovağzalı, Hil kəndi-Qusar
avtovağzalı, Xürəl kəndi-Qusar avtovağzalı və Cibir kəndi-Qusar avtovağzalı
marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC
qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin
keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim
edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb