18 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
30 Aprel, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gədəbəy, Bakı-Lənkəran,
Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Bakı-Qəbələ, Bakı-Sabirabad, Bakı-Ağdaş,
Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir, Gəncə-Zaqatala, Bərdə-İsmayıllı, Şəki-Oğuz, Mingəçevir-Ağcabədi,
Mingəçevir-Şəki, Mingəçevir-Göyçay, Qazax-Şəki, Balakən-Zaqatala şəhərlərarası avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
29 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri,
Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:
050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən
Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Cəlilabad istiqamətlərində
6 Lot üzrə iyunun 13-də;
Bakı-Qəbələ,
Bakı-Sabirabad, Bakı-Ağdaş, Bakı-Siyəzən, Sumqayıt-Kürdəmir və Gəncə-Zaqatala istiqamətlərində
6 Lot üzrə iyunun 17-də;
Bərdə-İsmayıllı,
Şəki-Oğuz, Mingəçevir-Ağcabədi, Mingəçevir-Şəki və Mingəçevir-Göyçay istiqamətlərində
5 Lot üzrə iyunun 20-də;
Qazax-Şəki
və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə iyunun 24-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir