19-20 mart tarixlərində paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb
21 Mart, 2025
Ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Gücləndirilmiş rejimin iki günü ərzində rekord göstəricilər qeydə alınır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.
Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.
Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir