19 və 21 iyul 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
25 Iyul, 2025
Yenilənmə işləri:
Ziya Bünyadov prospekti və Akim Abbasov küçəsində yeni çəkilmiş asfalt örtüyü ilə əlaqədar üfüqi nişanlanma xətləri yenilənib
8 Noyabr prospektində avtobus zolaqları üzrə giriş-çıxışların təmin edilməsi üçün müvafiq üfüqi nişanlanma xətti çəkilib
Yusif Eyvazov və Etibar Bəkirov küçələrinin kəsişməsində quraşdırılmış yeni işıqforun işlək vəziyyətə gətirilməsi üçün üfüqi nişanlanma xətti çəkilib
Şeyx Şamil ilə Mehdi Hüseyn küçələrinin kəsişməsində və Həsən Seyidbəyli ilə Şeyx Şamil küçələrinin kəsişməsində 3, Həsən Əliyev ilə Xan Şuşinski küçələrinin kəsişməsində 4, Xaqani və Lev Starçuk küçələrində 2, Bünyad Sərdarov ilə Həsən Seyidbəyli küçələrinin kəsişməsində, Nüsrət Məmmədov, Rəşid Bağırov, Əli İsazadə, 28 May, Bağlar və Aruz Mirzəyev küçələrində 1 ədəd piyada zolağı yenilənib
Xurşidbanu Natəvan küçəsində üfüqi nişanlanma xətləri yenilənib
8 Noyabr prospektində, Mikayıl Əliyev, Mehdi Mehdizadə və Sabit Orucov küçələrində üfüqi nişanlanma xətləri yenilənib
İzzət Orucova küçəsində üfüqi nişanlanma xətti çəkilib
Mikayıl Əliyev küçəsində 2, Mehdi Mehdizadə küçəsində 6, Sabit Orucov küçəsində 3, Mayakovski, Rahib Məmmədov, Cəmşid Naxçıvanski, Samir Cəfərov, Fəzail Bayramov, Buzovna qəsəbəsi və Qədəmgah küçələrində 1, Mehdi Mehdizadə ilə İzzət Orucova küçələrinin kəsişməsində isə 4 piyada zolağı yenilənib
Parklanma:
3-cü Park ilə 3-cü Şərq küçələrinin kəsişməsində 4, Mərkəzi Park ilə 3-cü Şərq küçələrinin kəsişməsində 4, Mərkəzi Park küçəsində 8 parklanma məntəqəsində yol nişanları quraşdırılıb
Ziya Bünyadov prospektində 3 ədəd “Dayanmaq qadağandır” yol nişanı quraşdırılıb
Əhməd bəy Ağaoğlu küçəsində 10, Məhəmməd Hadi küçəsində 13 parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib
Nazim Hacıyev küçəsində 9, Ələsgər Ələkbərov küçəsində 23 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib
3-cü Park küçəsində 12, Mərkəzi Park küçəsində 21 parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Əlicabbar Orucəliyev küçəsində 2, Akim Abbasov küçəsində 23, Ələsgər Ələkbərov küçəsində 12 parklanma məntəqəsində üfüqi nişanlanma xətlərinin yenilənməsi davam etdirilib
Yol nişanları:
Qurtuluş ilə Hüseynbala Əliyev küçələrinin kəsişməsində 8, Yeni Ramana yolunda 4 yol nişanı quraşdırılıb
Zivər bəy Əhmədbəyov və 8 Noyabr küçələrində 2, Neftçilər prospektində 2 ədəd minib-düşmə məlumat lövhəsi quraşdırılıb
Məhəmməd Hadi küçəsində 16, Səməd bəy Mehmandarov küçəsində 4, Pirşağı yolunda 11, Səttar Bəhlulzadə küçəsində 4 ədəd yol nişanı quraşdırılıb
İctimai nəqliyyat infrastrukturu:
Milli Həmrəylik küçəsində 2 ədəd dayanacaq məntəqəsi təşkil edilib
Rüstəm Rüstəmov küçəsində dayanacaq pavilyonu quraşdırılıb
Xaçmaz şəhərində görülən işlər:
Xaçmaz şəhərinin Heydər Əliyev prospekti və Bakı küçəsində ümumilikdə 40 km-ə yaxın uzunluqda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılır
Heydər Əliyev prospektində 9, Bakı küçəsində isə 3 ədəd piyada keçidinin yenilənməsi və müvafiq yol nişanlarının quraşdırılması işləri həyata keçirilib
Tağıyev küçəsində 3 zolaq üzrə 6 km, Xaçmaz–Quba yolunda isə 6 zolaq üzrə 2.4 km uzunluğunda üfüqi nişanlanma xətləri yenilənib
Tağıyev küçəsində 5 piyada keçidi yenilənib
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb