195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
27 Iyul, 2026
Xidmət keyfiyyətinin
artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə
iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi
ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.
"Neoplan" markalı 7 ədəd
böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət
intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus”
MMC-dir.
Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir