141

Əsas Xəbərlər

20 - 24 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

20 - 24 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

29 Oktyabr, 2025

20 - 24 oktyabr 2025-ci il tarixlərində gündüz və gecə görülən işlərin xronikası

Yenilənmə işləri:


Bakı–Sumqayıt yolunda və Tbilisi prospektində avtobus zolağı, “BUS” loqosu və dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətləri çəkilib.
Həsən Əliyev və Koroğlu Rəhimov küçələrində üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib.
Salyan şosesində üfüqi nişanlanma xətləri yenilənib.
Qara Qarayev və Atatürk prospektlərində avtobus zolaqlarında minik avtomobilləri və taksilərin sərnişinləri mindirib-düşürməsi üçün giriş-çıxışların təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətləri çəkilib.
Seyid Əzim Şirvani küçəsində  4, Mirzəağa Əliyev küçəsində 2, Nərimanov prospektində 1, Abdulla Şaiq küçəsində 3, Mirəli Qaşqay küçəsində 5, Qaçaq Nəbi küçəsində 1, Məzahir Rüstəmov küçəsində 2, Əliağa Şıxlinski küçəsində 1, Karvan küçəsində  1, Süleyman Sani Axundov küçəsində 3, Sarayevo küçəsində 4 və Nazim İsmayılov küçəsində 1 piyada keçidi yenilənib.
29-cu Binə küçəsində yeni təşkil edilmiş 1 piyada keçidində piyada zolaqları çəkilib.


Koroğlu Rəhimov küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) üfüqi nişanlanma xətləri çəkilib, küçənin digər hissəsində isə üfüqi nişanlanma xətlərinin silinməsi işləri davam etdirilib.
Tbilisi prospektində avtobus zolağı, “BUS” loqosu  və “1.25” nişanlanma xətləri çəkilib. Əşrəf Orucəliyev küçəsində 6, Yusif Eyvazov küçəsində 2, Oskar Əfəndiyev küçəsində 1 piyada keçidi yenilənib.


Salyan şosesində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri davam etdirilib.
Atatürk prospektində üfüqi nişanlanma xətlərinin silinməsi işləri görülüb,  hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətləri və “BUS” loqosu çəkilib.
Gülməmməd Ramazanov və Mərkəzi küçələrinin kəsişməsində 2 yeni piyada keçidində piyada zolaqları çəkilib.
İbrahimpaşa Dadaşov küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsində 1, Atatürk prospektində 1, Saraykin küçəsində 1, Ziya Yusifzadə küçəsində  4 piyada keçidi yenilənib.

Üzeyir Hacıbəyli küçəsində üfüqi nişanlanma xətləri yenilənib.
Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlərin, dayanacaq məntəqələrində “1.17” üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb.
Üzeyir Hacıbəyli küçəsində 6, Zərifə Əliyeva küçəsində 5 piyada keçidi yenilənib.
Atatürk prospektində mövcud geriyə dönmə yerində avtobus zolağı çəkilib.
Qaçaq Nəbi küçəsində yeni təşkil edilmiş piyada keçidində piyada zolaqları çəkilib.
Elşən Məhərrəmli küçəsində 8, Həmzə Babayev küçəsində 1, Samir Xudiyev küçəsində 2, Faiq Yusifov küçəsində 1, Samir Cəfərov küçəsində 1 piyada keçidi yenilənib.



İctimai nəqliyyat infrastrukturu:

Karvan küçəsində, Mahdiabad–Pirşağı yolunda, Zabrat şosesində, Elşən Süleymanov küçəsində və 8 Noyabr prospektində 1 dayanacaq pavilyonu quraşdırılıb.


Lökbatan yolu  və Bakı–Sumqayıt yolu  üzrə sərnişin tələbatını və vətəndaşların ictimai nəqliyyata əlçatanlığını artırmaq məqsədilə “5.12” yol nişanları quraşdırılaraq dayanacaq məntəqələri təşkil edilib.



Mikromobillik:



Xaqani küçəsində mikromobillik zolağının digər yollarla kəsişmələrində üfüqi nişanlanma xətlərinin, hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən xətlərin və velosiped loqolarının çəkilməsi işləri davam etdirilib.



Parklanma:


Çernyayevski küçəsində 4, Murad Mirzəyev küçəsində 29  parklanma məntəqəsində yol nişanları quraşdırılıb.
Eldar Xəlilov küçəsində “3.27” yol nişanı quraşdırılıb.
Babək prospektində 48 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.
Bəhruz Nuriyev küçəsində 89, Zaur Nurdəliyev küçəsində 88 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.

Murad Mirzəyev küçəsində 5, Məhəmməd Xiyabani küçəsində 45 parklanma məntəqəsində yol nişanı quraşdırılıb.
Sahib Zeynalov küçəsində 61, Zaur Nurdəliyev küçəsində 94, Xaqani küçəsində 62 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Koroğlu Rəhimov küçəsində 10 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib. 


Yol nişanları:


Həzi Aslanov küçəsində 7 ədəd yol nişanı və 1 təhlükəsizlik güzgüsü quraşdırılıb.
Qara Qarayev prospektində 6 ədəd minib-düşmə məlumat lövhəsi quraşdırılıb.
Babək prospektində 83 ədəd yeni yol nişanı quraşdırılıb.

Masazır dairəsində 6, Tbilisi prospektində 8 yol nişanı quraşdırılıb.
Qala–Zirə yolunda 5, Məmməd Əmin Rəsulzadə küçəsində 4,  Babək prospektində 45 yeni yol nişanı quraşdırılıb. 

Şirvan küçəsində 2, Tbilisi prospektində 3, Neftçilər prospektində 3 yol nişanı quraşdırılıb.
Babək prospektində 29 yeni yol nişanı quraşdırılıb.

Xəbəri sosial platformalarda paylaş: