20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri və taksi duracağı təşkil edilib
15 Iyun, 2026
Paytaxtda
tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər
davam etdirilir. Daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq
“5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol
nişanları quraşdırılmaqla taksi duracaqları və minib-düşmə yerləri təşkil
edilib.
Layihənin
davamı olaraq:
· Məzahir Rüstəmov küçəsi,
7 nömrəli şəhər poliklinikasının,
· Lermontov küçəsi, 22
nömrəli şəhər poliklinikasının,
· Abay Kunanbayev və
Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
· Məmmədəli Şərifli
küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
· Əhməd Cavad küçəsi,
Respublika Kliniki Uroloji Xəstəxanasının,
· Əcəmi Naxçıvani küçəsi,
“Medera Hospital”ın,
· Natiq Əhmədov küçəsi,
“Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin
taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
Beləliklə,
bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin
qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan
yaradılıb.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir