202 nömrəli marşrutun avtobusları yenilənir
17 Mart, 2026
Biləcəri
qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov”
stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan
avtobusların bir qismi yenilənir.
Martın
18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı
müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində
fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.
Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə
sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir