2026-cı il üzrə BNF icazələrinin bölgüsü üçün tələb olunan sənədlər
02 Sentyabr, 2025
2026-cı il üzrə BNF icazələrinin
bölgüsündə iştirak etmək istəyən daşıyıcılar sənədləri oktyabrın 31-dək Bakı şəhəri,
Əhməd Rəcəbli küçəsi,169 ünvanında yerləşən ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim
etməlidirlər. (Tel.: 055-675-88-59)
Sənədlərin yoxlanılması və BNF icazələrinin
bölgüsü daşıyıcıların iştirakı ilə İşçi qrup tərəfindən aparılacaq.
Bölgüdə iştirakla bağlı operator
tərəfindən yazılan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Şirkətə dair:
1.
daşıyıcı
taxoqraf kartının surəti;
2.
yalnız
bir avtonəqliyyat vasitəsinə malik olduqda, 9000 (doqquz min) avro, iki və daha
çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi
üçün 5000 (beş min) avro aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər
aktivlərə) malik olması barədə kənar (müstəqil) auditor tərəfindən təsdiq
edilmiş son hesabat dövrünə aid maliyyə hesabatları, aktivləri barədə məlumat və
ya maliyyə vəziyyəti barədə bank arayışı.
Avtonəqliyyat vasitəsinə
dair:
1. dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
2. ekoloji sinfi təsdiq edən sertifikatın surəti;
3. dartıcının istismara yararlılıq sertifikatının surəti.
Sürücüyə dair:
1. əmək müqaviləsinə dair “əmək müqaviləsi bildirişi”
altsistemindən çıxarış;
2. peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçməsi
haqqında şəhadətnamənin surəti;
3. rəqəmsal taxoqraf kartının surəti.
Qeyd:
1.
BNF icazələrinin bölgüsündə Buraxılış vəsiqəsi olan
hüquqi və fiziki şəxslər iştirak edə bilərlər;
2.
Təqdim edilən hər bir avtonəqliyyat vasitəsinin
beynəlxalq daşımalara Buraxılış kartı olmalıdır;
3.
Rusiya açıq BNF icazələri yalnız Avro-6 ekoloji sinfinə
aid avtonəqliyyat vasitələrinə münasibətdə bölünəcək.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir